Modern.az

Zəlzələ bölgəsində 25 azərbaycanlının axtarışı aparılır - SƏFİR

Zəlzələ bölgəsində 25 azərbaycanlının axtarışı aparılır - SƏFİR

8 Fevral 2023, 15:53

"Türkiyədə baş vermiş zəlzələdə dağıntılar altında qalan azərbaycanlıların axtarışı davam edir. Hazırda 25 nəfər axtarışdadır. Bu o demək deyil ki, onların başlarına nəsə iş gəlib. Bəlkə də telefonlarını itiriblər, yaxud da telefonlarının enerjisi bitib".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.

 

“Nəzərə almaq lazımdır ki, zəlzələ səbəbindən 4 hava limanı fəaliyyət göstərə bilmir. Bakıdan gələn humanitar yardımı belə qəbul edə bilmirik. Ona görə də quru yolla təxliyəni həyata keçirə bilirik. Onlar azərbaycanlıların təxliyə edildiyi avtobuslarda yemək və isti içkilərlə təmin olunurlar”, - səfir bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi