Modern.az

Casus əməliyyatı, ermənilərə son şans və daha nələr... - Modern.az-ın icmalı 

Casus əməliyyatı, ermənilərə son şans və daha nələr... - Modern.az-ın icmalı 

Ölkə

28 Mart 2023, 09:34

Martın 27-si Prezident Administrasiyasının Qarabağdakı ermənilərə növbəti görüş təklifi, İsraildə genişmiqyaslı etiraz aksiyaları və Baş nazir Netanyahunun geri çəkilməsi, Baydenin Prezident İlham Əliyevə təbrik məktubu göndərməsi, İran agentlərinə qarşı DTX-nin əməliyyatı ilə yadda qaldı.

 

Modern.az dünənin icmalını təqdim edir:

 

Ötən gün Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsi barədə yenidən təklif irəli sürüb.

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Bayden qeyd edib ki, Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir.

 

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb ki, xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər həbs ediliblər. 

 

Müdafiə sənayesi naziri Mədət Quliyevə yeni müavin təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, nazir müavini vəzifəsinə Vüqar Valeh oğlu Mustafayev gətirilib. Nazir müavininin dosyesini oxumaq üçün bu linkə keçid edə bilərsiniz.

 

Dünən, həmçinin İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfər edəcəyi açıqlanıb

 

Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərar verib. Qərarla karantin çərçivəsində nəzərdə tutulan bir sıra məhdudiyyətlər ləğv edilib. Bir sıra yerlərə, o cümlədən iri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələbi ləğv edilib.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan və Tacikistanı malyariya xəstəliyindən azad ölkə elan edib. "Bu uğur səhiyyə işçilərinin fədakarlığı, eləcə də malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi ilə mümkün olub", - açıqlamada deyilir.

 

Milli Məclisin deputatları martın 28-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər. Səfər çərçivəsində Milli Məclisin deputatları İsrail Dövlətində Azərbaycan Respublikasının səfirliyinin açılması mərasimində iştirak edəcəklər.

 

Martın 27-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə edib. 

 

İsraildə məhkəmə islahatlarına qarşı genişmiqyaslı etiraz aksiyaları davam edib. Etirazçılardan bəziləri parlament binasına daxil olub. İsrailin bir sıra ölkələrdəki səfirlikləri, eləcə də Azərbaycandakı səfirliyi etirazlara dəstək məqsədilə fəaliyyətini dayandırıb.  Baş nazir Benyamin Netanyahu etirazlar fonunda məhkəmə islahatlarını dayandıracağını açıqlayıb. Bundan sonra etirazlar dayanıb.

 

Ukrayna prezidenti Volodimir Zelenski Zaporojye vilayətindəki cəbhə xəttinə baş çəkib. O, ukraynalı hərbçilərə mükafatlar təqdim edib və döyüşçülərlə şəkil çəkdirib. Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi Ukraynanın Zaparojye vilayətinə səfər edib. Qrossi Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb

 

Fransanın Ankaradakı səfiri Herve Maqro Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi açıqlamada bildirilib ki, Fransa Senatı PKK/YPG üzvlərini qonaq edib və onlara “şərəf medalı” verilib. Fransanın bu addımı Ankara tərəfindən şiddətlə qınanılıb.

 

Əfqanıstanın paytaxtı Kabil şəhərində kamikadze hücumu ilə partlayış törədilib. Ölkənin Xarici İşlər Nazirliyi binasının yaxınlığında baş verən partlayış zamanı 6 nəfər həlak olub. Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

 

Avropa İttifaqı Moldova oliqarxlarına qarşı sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir. Oliqarxlar Moldovada sabitliyin pozulmasına kömək etməkdə ittiham olunur.

 

Şotlandiyanın sabiq səhiyyə naziri, pakistanlı siyasətçi Həmzə Yusif Milli Partiyanın (SNP) lideri seçilib. O, 52% səslə (26 mindən bir qədər çox partiya üzvü) seçkidə qalib gəlib və regional milli hökumətə rəhbərlik edəcək.

 

Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edib. Macarıstanlı deputatlar Alyansın genişlənməsinə razılıq veriblər.

 

ABŞ-ın Tennessi ştatının Naşvil şəhərindəki özəl məktəbə silahlı hücum edilib. Silahlı şəxsin açdığı atəş nəticəsində üçü uşaq olmaqla altı nəfər həlak olub. Polisin bildirdiyinə görə, hücum edən şəxs yeniyetmə qızdır. O, polis əməkdaşları tərəfindən öldürülüb.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Ermənistanın xəyanəti: Putin həbs olunsa... - Rusiyadan sərt reaksiya

Ukraynalı uşaqları Rusiyaya kim qaçırır? - ZORAKILIQ

İsrail çalxalanır: Xalq ayağa qalxdı, hökumətdə parçalanma...

Qazaxıstandakı seçkilərin nəticələri - RƏSMİ

Tətildən sonra basabas… - Metroda nə baş verir?

Gələcəyin perspektivli ixtisasları bunlar olacaq

Azərbaycanda bir ayda 5 partiya fəaliyyətini DAYANDIRIB

Elm Günü kimin vecinədir... - Deputatdan etiraz

Ordumuz əməliyyatlara davam edəcək - Bu, hələ başlanğıcdır!

102 uşağın bioloji atası məhkəməyə verildi

KTMT heç kimə lazım deyil - Putin yeni ittifaq yaradır

Türkiyədə seçki kampaniyası bu tarixdə başlayacaq - EKSKLÜZİV

“İlin Gənc Müəllimi-2022” müsabiqəsinin qalibləri - SİYAHI

Talış kəndində ilk zəng çalındı - FOTOLAR

Ermənilər görüş təklifini qəbul etməsələr… - Bakıdan xəbərdarlıq

İndiki gənclər nə istəyir: ali təhsil, yoxsa kənddən qaçmaq? 

“Nəhayət, Fransa Azərbaycanı eşidəcək” - Senatordan özəl açıqlama

“Elçin azadlıqda olduğu halda, mən niyə həbsdəyəm?” - Əvəz Zeynallı

Bulvar İdarəsi deputatı TƏKZİB ETDİ

Tanınmış “tiktoker” hava limanında saxlanıldı

İsrailə səfirliyimizin açılışına gedən deputatlardan İrana MESAJ

Rusiya dron qarşılığında İrana belə kömək edir

Onlar Türkiyə prezidenti ola bilməyəcək - SİYAHI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım