Modern.az

Gələcəyin perspektivli ixtisasları bunlar olacaq

Gələcəyin perspektivli ixtisasları bunlar olacaq

27 Mart 2023, 11:16

Ali məktəblərə qəbul olmağa hazırlaşan abituriyentlər üçün ən vacib məqamlardan biri ixtisas seçimidir. Ənənəvi peşələrin artıq sıradan çıxdığını nəzərə alsaq, gələcəkdə hansı ixtisasların perspektivli olacağı maraq doğurur. 

 

Mövzu barədə Modern.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bununla bağlı konkret proqnoz verməyin mümkün olmadığını bildirib.

 

Onun sözlərinə görə, gələcək üçün perspektivli hesab olunan ixtisaslar yeni ixtisas sahələrinə olan tələbatın artması və ya azalması ilə əlaqədar dəyişə bilər. Lakin bir neçə ixtisas sahəsinin gələcəkdə daha da önəmli və populyar olmaq ehtimalı yüksəkdir.

 

 

"Buna misal olaraq, ilk növbədə yüksək texnologiyalar sahəsini göstərmək olar. Hər gün yeni və daha təkmilləşmiş texnologiyalar yaradılır və bu sahədə işləmək üçün ciddi tələbat var. Məsələn, sibernetika, süni intellekt, maşın mühəndisliyi, blokçeyn, İoT (İnternetə bağlı əşyalar) və kiber təhlükəsizlik xüsusi maraq görür. İkinci yerdə tətbiqi tədqiqat və inkişaf gəlir. Tədqiqat və inkişaf sahəsi, müxtəlif sektorlarda yeniliklərə imza atmaq üçün daimi tələb görür. Bu sahəyə misal olaraq, biotexnologiya, nanotexnologiya, materiallar üzrə tədqiqat, enerji, hərbi texnologiyalar, mühəndislik kimi ixtisasları göstərmək olur. Gələcəkdə qeyd olunan sahələrə daha çox ehtiyac duyulacaq. 

 

3-cü perspektivli ixtisas sahəsi isə məhz mühəndislikdir. Mühəndislik, inkişaf edən dünyada daim əhəmiyyətli bir ixtisas olacaq. Mühəndislik sahəsindəki yenilikçi ideyalar, yeni layihələr, inkişaf etmiş texnologiyalar, enerji sahəsinin inkişafı kimi müxtəlif səbəblər, bu ixtisasa olan tələbi artıracaq. 4-cü yerdə isə sağlamlıq məsələsi yer alacaq. Sağlamlıq sahəsi gələcəkdə daha da təkmilləşdiriləcək. Nə qədər texnologiyalar inkişaf etsə də, tibb ixtisaslarına ehtiyac daima aktual olacaq", - deyə ekspert vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir