Modern.az

Rusiya dron qarşılığında İrana belə kömək edir

Rusiya dron qarşılığında İrana belə kömək edir

Dünya

27 Mart 2023, 20:44

Rusiya pilotsuz uçuş aparatlarının (PUA) müqabilində İrana kibersilahlarla kömək edir.

 

Modern.az xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri yazıb.

 

Nəşrin məlumatına görə, Moskva Tehranı rabitə-nəzarət avadanlığı, dinləmə cihazları, qabaqcıl foto avadanlıqları və yalan detektorları ilə təmin edir. 

 

Rusiya çox güman ki, müxaliflərin telefonlarını və sistemlərini sındırmaq üçün İranı daha təkmil proqram təminatı ilə təchiz edib. Nəşrin məlumatına əsasən, proqram təminatı Rusiyanın Proteus elmi-texniki mərkəzi tərəfindən təchiz olunub. Proteus texnologiyası İran hakimiyyətinə mobil rabitə üzərindən iranlıların mübadilə etdikləri məlumatları ələ keçirməyə imkan verə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok