Modern.az

Azərbaycanda özünü buraxan partiyaların sayı 14-ə ÇATDI

Azərbaycanda özünü buraxan partiyaların sayı 14-ə ÇATDI

19 Aprel 2023, 12:28

2020-ci ildə dövlət qeydiyyatına alınan Müstəqil Xalq Partiyası (MXP) fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.

 

Partiyanın buraxılması barədə bəyanat təşkilatın sədri Əflan İbrahimov tərəfindən imzalanıb.

 

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Belə ki, Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı