Modern.az

Əjdər Ol Ali Məhkəməyə üz tutdu

Əjdər Ol Ali Məhkəməyə üz tutdu

8 Avqust 2023, 09:57

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyev (Əjdər Ol) kassasiya şikayəti verib.

 

Modern.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Əjdər Ol cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət onunla əsaslandırılır ki, məhkum istintaq dövründə iş üzrə dövlətə dəymiş 600 min manata yaxın ziyanı tam ödəyib, həmçinin səhhəti ilə bağlı narahatlıq yaşayır. İşə Ali Məhkəmədə baxılacaq.

 

Qeyd edək ki, Əjdər Ol sabiq əmək və əhalinin sosial mqdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat