Modern.az

Deputat haqqında yayılan iddiaları YALANLADI

Deputat haqqında yayılan iddiaları YALANLADI

9 Yanvar 2023, 11:08

Sosial şəbəkələrdə Milli Məclisin deputatı Jalə Əliyevanın adından yayılan bəzi sitatlar geniş müzakirələrə səbəb olub. Məsələn, belə sitatlardan birində deyilir:

"Xalqımız elə bilir ki, biz deputatlar xan-bəy kimi yaşayırıq. İnanın mənə, hərdən evə ərzaq alanda borc yazdırıram. Həyat yoldaşım öləndə məzar daşı üçün kredit götürdüm".

Deputatın adından yayılan bu açıqlama onun şəkli ilə birgə Facebook-da tirajlanmaqdadır. 

Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar Jalə Əliyeva ilə əlaqə saxlayıb. 

O, heç yerdə belə bir fikir səsləndirmədiyini vurğulayıb:

"Tamamilə yalan məlumatdır. Mən belə bir açıqlama verməmişəm, fikir səsləndirməmişəm. Hansısa bədxahlar bunu yalandan yaymaqla mənim adıma xələl gətirməyə çalışırlar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok