Modern.az

Aşağı nəticə göstərən müəllim dərs deməli deyil

Aşağı nəticə göstərən müəllim dərs deməli deyil

15 Dekabr 2022, 10:54

“Nazirlik olaraq çalışırıq ki, müəllimlərin işə qəbulu məsələsini qaydasına salaq”.

 

Modern.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

 

“Əgər biz bu gün həmin müəllimlər barədə qərar verməsək, uşaqlarımızın gələcəyi olmayacaq. Bizim fikrimizcə, aşağı nəticə göstərən müəllim uşaqlara dərs deməli deyil. Başa düşürəm, onlar öz evlərində yaxşı ana, bacıdır. Amma biz uşaqların gələcəyini düşünməliyik. Biz demirik ki, həmin müəllimləri birbaşa ataq qırağa. Amma həmin müəllimlərə diplom verən, işə götürən də məsuliyyət daşıyır. Təkcə müəllimin üzərinə məsuliyyət yükləmək olmaz. Amma biz indi bu ağır qərarları verməsək, sonra çətin olacaq”, - deyə nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub