Modern.az

Musa Quliyev bir daha Qərbi Azərbaycandan deportasiya olunanların statusu barədə...

Musa Quliyev bir daha Qərbi Azərbaycandan deportasiya olunanların statusu barədə...

Parlament

8 Fevral 2011, 19:02

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Qərbi Azəbaycandan deportasiya olunmuş soydaşlarımızın geriyə dönmək hüquqlarının tanınması ilə bağlı Modern.az saytına danışıb.

Təəssüflər olsun ki, soydaşlarımızın deportasiya məsələsini nə beynəlxalq aləmdə lazımi qədər qaldırmışıq, nə də ölkə daxilində bu işin alternativ siyasətinin nə olduğunu formalaşdırmışıq...

- Azərbaycanlıların Ermənistandan deportasiyasının təqribən yüz ildən böyük bir tarixi var. Ata-baba torpaqlarımızdan ən azı iki milyondan atrıq insan deportasiya olunub.1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-ci ildə...
SSRİ-nin mövcüd olduğu 70-il ərzində də zaman-zaman Qərbi Azərbaycandan olan soydaşlarımız güclü deportasiyaya məruz qalıblar.
Qeyd edim ki, azərbaycanlılar üçün Ermənistanda ali təhsil alma imkanları olmadığından gənclər Azrbaycana üz tutublar. Burada ali təhsli alandan sonra elə burada da qalmalı olublar. Çünki Ermənistanda ermənilər tərəfindən müəyyən təzyiqlərə məruz qalırdılar.
Bütövlükdə isə son 100 ildə Ermənistandakı azərbaycanlıların hamısı etnik təmizləməyə məruz  qalıblar. Bu faktlar həm tarix etibarı ilə nisbətən yenidir, həm də soydaşlarımızın deportasiya olunmaları barədə rəsmi qərarlar var. Təəssüflər olsun ki, biz bu məsələləri nə beynəlxalq aləmdə lazımi qədər qaldırmışıq, nə də ölkə daxilində bu işin alternativ siyasətinin nə olduğunu formalaşdırmışıq. Həm 1948-1953-cü illərdə, həm də 1988-ci ildə deportasiya olunanların hamısına status verilib.
Sonuncu və böyük bir dalğa 1988-ci ildə gəldi. Azərbaycanlıların hamısı Ermənistandan deportasiya olundu.
Biz beynəlxalq aləmə çıxaraq Ermənistandan nə tələb edə bilərik...?

Deportasiya olunan insanların öz doğma yerlərində yaşamaq hüququnun Ermənistan tərəfindən tanınmasına nail olmalıyıq...

- Birinci növbədə deportasiya olunan insanların öz doğma yerlərində yaşamaq hüququnun Ermənistan tərəfindən tanınmasına nail olmalıyıq.
Ora qayıdandan sonra həm Ermənistan, həm də beynəlxalq birliklər tərəfindən təhlükəsizlik tədbirləri, sosial, maddi təminat məsələləri həyata keçirilməlidir.
Bu gün hələ Qarabağ müharibəsi bitməyib. Biz Qarabağın problemini hələ həll etməmişik. Bəlkə də bu mənada hələ  Ermənistandan deportasiya olunan insanlardan danışmaq real deyil. Amma nə vaxtsa Qarabağ müharibəsi bitəcək. Biz sülh müqaviləsi imzalayacağıq və bu müqavilədə müəyyən şərtlər öz əksini tapacaq. Burada Qarabağ ermənilərinin statusu məsələsi, Qarabağ azərbaycanlılarının ora qayıtma məsələləri özünə yer alacaq.

Azərbaycanda yaşayan bütün ermənilər gəlmədir. Bunu tarix də təsdiqləyr...

- Burada Qarabağ ətrafındakı rayonlardan söhbət getmir. Bu ərazilərlə bağlı heç bir şərt ola bilməz. Bu rayonların  insanları qeyd-şərtsiz öz yerlərinə qayıdacaqlar. Əsas məsələ Dağlıq Qarabağın azərbaycanlı icmasının Xankəndinə qayıtmasıdır. Sonra onlara statusun, rəhbər vəzifələrin verilməsi gəlir. Eyni zamanda, Ermənistandan deportasiya olunmuş azərbaycanlıların da məsələsi bu müqavilədə öz əksini tapmalıdır.
Bəzən alternativ fikir söyləyirlər ki, ermənilər də Azərbaycana qayıtmağın iddiasındadırlar. Birinci, Azərbaycanda yaşayan bütün ermənilər gəlmədir. Bunu tarix də təsdiqləyr.
Ermənilər onsuz da bu məsələni qaldıracaqlar. Öz işləridir. Onsuz da onlar hər bir iyrənc əmələ əl atırlar. Biz öz işimizdə olmalıyıq.

Gələcək nəsilləri ata-baba yurdumuza dönüş üçün indidən pisxoloji cəhətdən  hazırlamalıyıq...

- Düşünürəm ki, biz  Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızla bağlı məsələləri beynəlxalq tədbirlərdə qaldırmalıyıq. Qarabağla bağlı danışıqlarda bunu da önə çəkməliyik. Biz öz daxili qanunvericiliyimizdə də  Ermənistan azərbaycanlılarının statusunun müəyyən edilməsi, xüsüsilə 1948-53-cü illərdə deportasiya olunmuş insanlara repressiya qurbanları statusunun verilməsi və s. hüquqi əsasları yaratmalıyıq. Ən əsası isə gələcək nəsilləri ata-baba yurdumuza dönüş üçün indidən pisxoloji cəhətdən  hazırlamalıyıq. Vətənə dönmək heç vaxt gec deyil. Bunu yəhudilər öz timsallarında  sübut etdilər.

İranın daxili işinə qarışmırıq, amma oranın Azərbaycan torpağı olması gerçəklikdir...

- Bəzən deyirlər ki, bizim 20 milyondan çox adamımız Cənubi Azərbaycanda yaşayır. Amma bu İran dövlətinin daxili işidi, biz onların daxili işinə qarışa bilmərik. Biz bu gün nə İranın ərazisinə, nə də dövlətinə  iddia edirik. Amma oranın Azərbaycan torpağı olmasını və İran imperiyasının tabeliyində qalmasını həqiqət kimi qəbul eləməliyik və şüurlarda yaşatmalıyıq. Oradakı hər bir azərbaycanlı o fikirlə yaşamalıdır ki, gec-tez öz dövlətini, milli dövlətini bərpa etməlidir.
Bunun üçün müəyyən bir geosiyasi şərait də yetişə bilər, müəyyən bir tarixi şans da ola bilər. Biz ötən yüz ildə gördük ki,  ən azı üç dəfə Cənubi Azərbaycanda belə bir tarixi şərait yetişdi, amma ondan istifadə oluna bilmədi. Dünyada heç bir imperiya qalmayacaq. Artıq imperiyalar dağılıb gedir. Bir İran qalıb ki, yəqin o da dağılacaq, bu reallıqdır. Ona görə də biz  düşünməliyik. Rusiyanın özü də imperiya dövlətidir, gec-tez o da dağılacaq. Biz əslində millətimizi o günə hazırlamalıyıq.

Gürcüstandakı soydaşlarımız öz torpaqlarında yaşayırlar...

- Baxaq, Gürcüstandakı azərbaycanlılarının probleminə... Biz Gürcüstana torpaq, ərazi iddiasında deyilik. Tarixən belə gəlib, belə bölünüb. Gürcüstanın sərhədlərini biz tanıyırıq, bizim sərhədlərimizi Gürcüstan tanıyır. Amma orada yaşayan soydaşlarımız öz tarixi torpaqlarında yaşayırlar. Onlar orada yaşamalıdırlar. Gürcüstanın ictimai-siyasi həyatına inteqrasiya etməlidirlər. Gürcü dilini öyrənməlidilər və s.
Yoxsa orada gürcü dilini bilmə, orta məktəbi qutar, gəl Azərbaycanda ali məktəbə daxil ol, sonra da geri qayıtma burada yaşa...Belə olmaz. Sonra deyəcəklər ki, gürcülər bizə yaşamağa imkan vermirlər. Bilmək lazımdır, həyat həmişə  mübarizə olub. Sən də bu mübarizəni aparmalısan. Mübarizəni oyun qaydaları çərçivəsində aparmağı bacarmalısan və imkan daxilində o çərçivəni özün müəyyənləşdirməyi bacarmalısan.

Ermənilər də anlayırlar...

- Dağlıq Qarabağ konflikti bu gün sona yetmək üzrədir. Bunu artıq ermənilər də hiss edirlər. Ermənistan dövlətinin isə iflası sürətlənir. Ola bilsin 20 ildən sonra ümumiyətlə, Ermənistan dövləti olmasın. Dünyada böyük bir inteqrasiya prosesi gedir, dünyada qloballaşma prosesi gedir, Avropa ölkələri birləşir, sərhədlər aradan götürülür.
Sabah elə bir situasiya yarana bilər ki, Ümumqafqaz Birliyi, yaxud Gürcüstan prezidenti Mixail Sakaşvili təklif etdiyi kimi,  Azərbaycan-Gürcüstan konfederasiyası ortaya çıxa bilər. Biz insanları pisxoloji cəhətdən hazırlamalıyıq, həmişə vətən sevgisi insanlarda diri olmalıdı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü