Modern.az

“Bordyujanın bəyanatı qəbuledilməzdir”

“Bordyujanın bəyanatı qəbuledilməzdir”

Parlament

30 Dekabr 2016, 15:01

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nın baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hadisə ilə bağlı bəyanatı qəbuledilməzdir”.

Modern.az saytı xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib.

Deputat daha sonra deyib:

Birinci ona görə ki, Bordyuja beynəlxalq hüquq normalarının, BT TŞ-nın qətnamələrinin və digər beynəlxalq təşlikatlar tərəfindən qəbul edulən sənədlərin  tələblərini kobud şəkildə pozaraq Ermənistan tərəfindən işğal edilmiş və  separatçılar tərəfindən yaradılmış qondarma bir qurumu “Dağlıq Qarabağ Respublikası” adlandırıb

İkincisi, KTMT-nin heç bir üzvü - Qazağıstan, Qırgızıstan, Belarus,  Tacikistan, Ösbəkistan, Rusiya və hətta Erməsintan DQR adlı bir qurum tanimadığı halda Bordyujanın bu bəyanatı təmsil olunduğu təşkilatın nizamnaməsini ciddi şəkildə pozmuş olr. Hesab edirəm ki,  bu baş katibin ciddi məsuliyyətsizliyi və öz fəaliyyətidir. Düşünürəm ki, işğalçı Ermənistan istisna omaqla birliyin bütün üzvləri baş katibin bu yersiz və əsassıq bəyanatına münasibət bildirməlidir. Ən azındən  səfirlik səviyyəsində biz onlardan açıqlama və izahat gözləyirik.

Üçüncü Bordyujenin DQ la bagli verdiyi bəyanat və atəşkəsin pozulmasına  görə ad çəkməsə də Azərbaycanı ünvan  kimi göstərməsi də bəzi məsələlərə aydınlıq gətirir. Sanki belə təəssürat yaranlr ki, Ermənistanin hərbi-siyasi rəhbərliyi Bordyuje ilə birlikdə Azərbaycanın Ermənistanla sərhəd bölgəsində, yəni Tovuz rayonu ərazisində ölkəmizə qarşı düşünülmüş hərbi təxribat planı hazırlayıblar. Çünkü, sərhəd bölgəsində silahlı insident baş tutan kimi, dərhal Bordjyue Ermənistanın KTMT tərəfindən müdafiə olunacağını bildirdi və DQR ifadəsini işlətdi. Bu bəyanat Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin 5-ci dərəcəli nümayəndəsinin əvvəllər verdiy bəyanatdla  üs-üstə düşür. Sual olunur Bordyujonu belə bir səviyyəyə enməsinə səbəb nədir? Niyə o erməni separatçılarının sözçüsü qismində çıxış edir?

Sonda onu da qeyd etmək lazımdır ki, Bordjyuenin bəyanatı ATƏT-n Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların ruhuna  tam ziddir. Ən bağlıcssı isə bu gün Azərbaycanla Rusiya arasında mövcud olan dostluq və stateji tərəfdaşlıq prinsiplərinin əleyhinədir və onunla bir araya sığmır. Ümid edək ki, Rusiyanın müvafiq qurumları Baş Katibin dostluğumuza xələl gətirə biləcək bu addımına adekvat qiymət verəcəklər”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü