27 may 2018, Bazar
Ana Səhifə - ÖLKƏ - Almaniyada 108 nəfər azərbaycanlı həkimə iş verilib - Onlar kimlərdir...
Almaniyada 108 nəfər azərbaycanlı həkimə iş verilib - Onlar kimlərdir...
27.04.2017, 09:42

Son zamanlar müxtəlif məqsədlər üçün xarici ölkələrə üz tutan azərbaycanlıların sayında artım müşahidə olunur. Bu sıraya daxil olanlar əsasən təhsil səviyyəsini artırmaq istəyənlər, fərqli yaşam tərzi axtaranlar və ya işlə təmin olunmaq arzusunda olanlardır…

Bu gün xaricə müalicə almaq üçün gedən xəstələrlə  yanaşı, işləmək üçün müraciət edən həkimlərin sayı da az deyil. Məsələn, Almaniyada işləmək üçün müraciət edənlərin siyahısında azərbaycanlı həkimlərin də az olmadığı aşkara çıxıb.

Alman Tibb Assosiasiyasının ötən illə bağlı hesabatında bildirilib ki, Almaniyada xarici həkimlərin sayı 9,7 faiz artıb. Belə ki, 2016-cı ildə Almaniyada işlə təmin edlən həkimlər əsasən Suriya (746 nəfər), Rumıniya (223 nəfər), Serbiya (218 nəfər), Ukrayna (160 nəfər), Rusiya (109 nəfər) və Azərbaycandan (108 nəfər) olublar.

Maraqlıdır, bəs həmin 108 nəfər azərbaycanlı həkim Almaniyaya hansı yolla gediblər, bu prosedur necə baş tutub?

“Mütəxəssis kimi yetişən  həkimlərə şərait yaradılmalıdır”

Tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az-a açıqlamasında bu gün xüsusilə gənc həkimlərin xarici ölkələrə üz tutduğunu vurğulayıb:

“Təəssüf ki, bu gün xaricdə işləmək üçün müraciət edən azərbaycanlı həkimlərin sayı çoxalıb. Rezidenturadan keçən tələbələr Türkiyə, Almaniya kimi ölkərə meyl edirlər. Bunun səbəbi onların lazimi iş və ya normal səviyyəli yaşıyışla təmin edilməmələri ola bilər. Əlbəttə, bu, o qədər də yaxşı tendensiya deyil. Mən hesab edirəm ki, mütəxəssis kimi yetişən  həkimlərə çalışmaları üçün şərait yaradılmalıdır. Əks halda, onların daha yaxşı həyat şəraiti üçün xarici ölkələrə axını davam edəcək. Eyni zamanda, kifayət qədər savadlı şəxsin Azərbaycanda qalıb fəaliyyət göstərmələri üçün hərtərəfli tədbirlər görülməlidir. Bu gün Amerikanın güclü olmasının əsas səbəbi  vaxtında “beyin”lərə sərmayə qoymağıdır. Bu da öz bəhrəsini yüksək səviyyədə göstərir. Hər zaman ağıllı insanlara sahib çıxan biri tapılır”.

“Almaniya kimi ölkələrdə həkimə ehtiyac  var”

A.Qeybulla azərbaycanlı həkimlərin xaricdə işləmək üçün hansı mərhələlərdən keçdiyi haqqında da danışıb.

“Almaniya kimi ölkələrdə həkimə ehtiyac var. Orada imtahandan keçib ölkənin müxtəlif yerlərində işləmək mümkündür. Bildiyim qədərilə, Azərbaycan diplomu Almaniya, Türkiyə, Rusiya kimi ölkələrdə tanınır. Hər halda, Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb Almaniya və digər ölkələrdə işləyənlər çoxdur”.

“Universitet diplomu  Ermənistandan başqa bütün ölkələrdə tanınır”

Azərbaycan Tibb Universitetinin (ATU) tədris hissə müdiri Nəsimi Qasımovun sözlərinə görə, xaricdə işləmək üçün həkimlərin qarşısına qoyulan tələblər ölkədən asılıdır.

“Azərbaycanlı həkimlər xaricdə işləmək üçün müxtəlif mərhələlərdən keçə bilər. Bu, getdikləri ölkədən asılıdır. Elə ölkə var ki, həkimlər yalnız dil imtahanı verməklə işlə təmin edilə bilər. Sadəcə, kurrikulumdakı fərqlər yenidən ödənməlidir. Yəni bizdə tədris edilən elə bir fənn ola bilər ki, həmin ölkədə yoxdur. ATU-nun diplomu Ermənistandan başqa bütün ölkələrdə tanınır. Dünyada mövcud olan qaydalara görə, xarici ölkələrdə tibb universitetlərinin diplomları yalnız sınaq imtahanı verildikdən sonra tanınır. Bu qayda bütün ölkələrdə tətbiq edilir”.

“Tələbələrin ən çox müraciət etdiyi ölkələr…”

Universitet rəsmisi həmçinin diplomun xarici ölkədə tanınma prosesindən də söz açıb.

“ATU məzunlarının iş, eyni zamanda təhsil üçün ən çox müraciət etdiyi ölkələr  Almaniya, Türkiyə və Rusiyadır. Məzunlarımızın əsas çətinliyi dildir. Bəzi ölkələrdə işlə təmin olunmaq üçün dil biliyi ilə yanaşı, sınaq imtahanları da olur. ABŞ-ın bir ştatının diplomu o biri ştatda imtahan verildikdən sonra tanınır. Azərbaycanlı həkimlər orada işləmək üçün diplomu təsdiq etdirməli, imtahana girməli və dil bilgisi olmalıdır. Qeyd edim ki, həkimlərimiz  xarici ölkələrdə işləmək üçün  öz hesablarına  müraciət edirlər”.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova  azərbaycanlı həkimlərinin xaricdə işlə təmin olunmasını peşəkarlıq göstərici hesab edir.

“Bu gün Azərbaycanda kifayət qədər istedadlı  həkim fəaliyyət göstərir. Bununla yanaşı, azərbaycanlı həkimlər işləmək üçün  müxtəlif  ölkələrə üz tuturlar. Bu, peşəkarlığın göstəricidir. Qeyd etməliyəm ki, Azərbaycan həkimlərinin diplomları bütün ölkələrdə tanınır”.

Günay RƏSULQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azay Quliyevin  Cümhuriyyət haqqında məqaləsi  tanınmış dünya  portalında dərc edilib
27.05.2018, 18:37

Azay Quliyevin  Cümhuriyyət haqqında məqaləsi  tanınmış dünya  portalında dərc edilib

Ronaldu “Real”dan gedir?
27.05.2018, 17:52

Ronaldu “Real”dan gedir?

4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub
27.05.2018, 17:13

4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı
27.05.2018, 17:02

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı

Biləsuvarda 16 yaşlı qız intihar etdi
27.05.2018, 16:20

Biləsuvarda 16 yaşlı qız intihar etdi

Azərbaycan XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsinə REAKSİYA
27.05.2018, 16:11

Azərbaycan XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsinə REAKSİYA

İsmayıllıda 60 kənd işıqsız, 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı
27.05.2018, 16:05

İsmayıllıda 60 kənd işıqsız, 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı

Türkiyənin məşhur aktyoru yol qəzasında öldü
27.05.2018, 15:57

Türkiyənin məşhur aktyoru yol qəzasında öldü

Fransalı nazir UFAZ-da oldu
27.05.2018, 15:54

Fransalı nazir UFAZ-da oldu

Məmmədyarovdan Ermənistana MESAJ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”
27.05.2018, 15:35

Məmmədyarovdan Ermənistana MESAJ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”

Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…
27.05.2018, 15:24

Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…

Makron Azərbaycana gələcək
27.05.2018, 15:18

Makron Azərbaycana gələcək

Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq
27.05.2018, 15:08

Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ
27.05.2018, 15:06

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi
27.05.2018, 15:01

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA
27.05.2018, 14:41

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA

Çində 6 minə yaxın məmur cəzalandırıldı
27.05.2018, 14:04

Çində 6 minə yaxın məmur cəzalandırıldı

Emin Ağalarov Azərbaycanın Xalq artisti oldu - SƏRƏNCAM
27.05.2018, 13:48

Emin Ağalarov Azərbaycanın Xalq artisti oldu - SƏRƏNCAM

Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI   
27.05.2018, 13:43

Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI  

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  
27.05.2018, 13:32

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  

Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı
27.05.2018, 13:11

Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı

İlham Əliyev Fransanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
27.05.2018, 12:47

İlham Əliyev Fransanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Paşinyanın öz dığasının əlinə silah verməsi populistlikdir…   
27.05.2018, 12:44

Paşinyanın öz dığasının əlinə silah verməsi populistlikdir…  

100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim” - FOTO
27.05.2018, 12:22

100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim” - FOTO

Qurban Məmmədov mühacirətə getdi
27.05.2018, 12:00

Qurban Məmmədov mühacirətə getdi

Çempionlar Liqasının finalından sonra 18 azarkeş saxlanılıb
27.05.2018, 11:16

Çempionlar Liqasının finalından sonra 18 azarkeş saxlanılıb

Fransanın xarici işlər naziri Bakıya gəlib
27.05.2018, 11:14

Fransanın xarici işlər naziri Bakıya gəlib

Dünya respublikaçılıq irsində Azərbaycan Xalq Cümhuriyyəti
27.05.2018, 10:40

Dünya respublikaçılıq irsində Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verdi
27.05.2018, 10:38

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verdi

Ermənistanın baş naziri oğlunu hərbi xidmət üçün Qarabağa göndərdi
27.05.2018, 10:13

Ermənistanın baş naziri oğlunu hərbi xidmət üçün Qarabağa göndərdi

Ermənistan atəşkəsi 86 dəfə pozdu
27.05.2018, 09:42

Ermənistan atəşkəsi 86 dəfə pozdu

İlham Əliyevin oğlu məzun oldu - FOTOLAR
27.05.2018, 09:00

İlham Əliyevin oğlu məzun oldu - FOTOLAR

1904-cü ildə kimya üzrə Nobel mükafatçısı - UİLYAM RAMZAY
27.05.2018, 00:49

1904-cü ildə kimya üzrə Nobel mükafatçısı - UİLYAM RAMZAY

“Real Madrid” Çempionlar Liqasının qalibi oldu
27.05.2018, 00:40

“Real Madrid” Çempionlar Liqasının qalibi oldu

Sosial şəbəkələr insanları öldürür - ARAŞDIRMA
27.05.2018, 00:12

Sosial şəbəkələr insanları öldürür - ARAŞDIRMA

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.8%)
Meral Akşener (12.7%)
Rəcəb Tayyip Ərdoğan (57.9%)
Selahattin Demirtaş (1.59%)
Temel Karamollaoğlu (0.53%)
Doğu Perinçek (5.31%)