Modern.az

Azərbaycanda ən yaşlı seçicinin 123 yaşı var

 Azərbaycanda ən yaşlı seçicinin 123 yaşı var

26 May 2017, 17:21

“Azərbaycanda ən yaşlı seçicinin 123 yaşı var”.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

 

MSK sədri bildirib ki,  həmin seçici 3 əsrdə yaşayıb.

“Bu, 1894-cü ildə anadan olmuş 94 saylı Bərdə Seçki Dairəsinin 3 saylı məntəqəsinin seçicisi Allahverdiyeva Səmərqənd Gülməmməd qızıdır. Kişilər arasında ən yaşlı seçici isə 66 saylı Biləsuvar Seçki Dairəsinin 23 saylı seçki məntəqəsinin seçicsi 117 yaşlı Qurbanov Səttar Həsən oğludur”.

 

M.Pənahov həmçinin qeyd edib ki, Azərbaycanda yaşı 100 və 100-dən yuxarı 407 seçici var.

“ 90-99 yaşlı seçicilərin sayı isə 9245 nəfər təşkil edir”.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir