Modern.az

Yol polisini dayandığı yerdə vurdular - VİDEO

Yol polisini dayandığı yerdə vurdular - VİDEO

26 May 2017, 16:50

Hadisə yerinə gələn yol polislərinin maşının başqa bir avtomobil arxadan vurub

 

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Dövlət Yol Polisinə məxsus 99-YP-851 dövlət nömrə nişanlı patrul maşını qəzaya düşüb. Azxeber.com saytı xəbər verib ki, DYP avtomobil ilə "Mercedes" markalı avtomobil toqquşub. Hadisə nəticəsində DYP avtomobilinə küllü miqdarda zərər dəyib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb DYP avtomobilinin sürət həddini aşaraq "Mercedes" markalı avtomobili qovması olub. Nəticədə "Mercedes" markalı avtomobil idaərəetməni itirərək DYP avtomobilinə çırpılıb.

 

Lakin Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirildi ki, yol polisi həmin vaxt heç kimi təqib etməyib. Bakı-Ələt-Astara yolunun 26-cı km-də "VAZ" və "Mercedes" markalı avtomobillər toqquşub. Bu zaman hadisə yerinə Qaradağ postunun 99 YP 851 nömrə nişanlı patrul maşınında xidmət aparan inspektorları yaxınlaşıb. Onlar avtomobili qəza yerində saxlayaraq başqa maşınların kənardan keçməsini təmin etmək üçün sayrışan işıqları yandırıblar və qəzaya düşən sürücülərə kömək ediblər. Bu zaman arxadan sürətlə hərəkət edən "Reno" markalı avtomobil DYP maşınına dəyərək qəza törədib. Qəza zamanı ağır xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü