Modern.az

Şəmkirdə dəhşətli OLAY: qatar ana və iki övladını vurdu - FOTO - YENİLƏNİB

Şəmkirdə dəhşətli OLAY: qatar ana və iki övladını vurdu - FOTO - YENİLƏNİB

Aktual

26 İyul 2017, 09:16

Şəmkirdə özünü və iki azyaşlı uşağını qatarın altına ataraq intihar edən şəxsin kimliyi məlum olub. 

O,1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızıdır. Onunla birlikdə ölən övladları 3 yaşlı Mahmudov Sənan Nəsrəddin oğlu və 1 yaşlı Mahmudova Səma Nəsrəddin qızıdır.

Hadisədən sonra Qazax-Bakı qatarı 1 saatdan çox Zəyəm kəndində dayanıb. Olay yerinə rayon prokuroru və çox sayda polis əməkdaşı gəlib. Araşdırma aparıldıqdan sonra qatarın hərəkəti bərpa olunub.

 

***

22:45

İyulun 25-də saat 21 radələrində Qazaxdan Bakıya gələn qatar 3 nəfəri vurub. Həmin qatarda olan sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, hadisə Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib.

Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb. Qatar gənc qadının başını bədənindən qoparıb. Qadının uşaqları da relslərin arasında qalaraq can verib. Onların intihar məqsədilə özlərini qatarın altına atdığı ehtimal olunur.

Belə ki, qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist onu saxlaya bilməyib.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək