Rusiyalı milyarderlərin bir il ərzində əldə etdikləri dividend gəlirləri açıqlanıb.
Modern.az xəbər verir ki, “Forbes”in hazırladığı reytinqə “Lukoyl”un ən böyük səhmdarı, Azərbaycan əsilli 76 yaşlı iş adamı Vahid Ələkbərov başçılıq edib. Onun dividend gəliri 106,2 milyard rubl (1,25 milyard dollar) qiymətləndirilib.
İkinci yerdə “Novatek” və “Sibur”da pay sahibi olan Leonid Mixelson 87,1 milyard rublla qərarlaşıb. Üçüncü yeri Gennadi Timçenko 75,1 milyard rublla tutub.
İlk 10-luqda yer alan biznesmenlərin dividend gəlirləri:
Vahid Ələkbərov – 106,2 milyard rubl
Leonid Mixelson – 87,1 milyard rubl
Gennadi Timçenko – 75,1 milyard rubl
İqor Kesayev – 40,5 milyard rubl
Vladimir Lisin – 38,7 milyard rubl
Vladimir Potanin – 36,5 milyard rubl
Andrey Melnichenko – 34,8 milyard rubl
Aleksandr Abramov – 33,7 milyard rubl
Mixail Fridman – 31,9 milyard rubl
Filaret Qalçev – 30,8 milyard rubl
Ümumilikdə, “Forbes” reytinqinə daxil olan 75 nəfər 1,194 trilyon rubl dividend əldə edib. Ötən il 50 biznesmenin ümumi dividend gəliri 1,769 trilyon rubl olmuşdu.
“Rosstat”ın məlumatına görə, Rusiyada şirkətlərin mənfəəti 2025-ci ildə 3,9% azalaraq 27,1 trilyon rubla düşüb.