21 sentyabr 2017, Cümə axşamı
Ana Səhifə - ÖLKƏ - Azərbaycanda ən çox yayılan XƏSTƏLİKLƏR
Azərbaycanda ən çox yayılan XƏSTƏLİKLƏR
15.08.2017, 10:04

Azərbaycanda hər il müxtəlif səbəblərdən ölümlər qeydə alınır. Müşahidələr göstərir ki, son vaxtlar bəzi xəstəliklər xeyli cavanlaşıb və onlardan ölənlər daha çoxdur.

 

Maraqlıdır, Azərbaycanda ölüm halları ilə nəticələnən  xəstəliklər hansılardır?

 

Ürək, hipertoniya, onkoloji xəstəliklər...

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü  Kamilə Əliyeva Modern.az-a  açıqlamasında ölümə səbəb olan xəstəliklər haqqında danışıb. 

 

Deputatın sözlərinə görə, son illər Azərbaycanda bəzi xəstəliklər cavanlaşıb:

“Adətən ən çox ürək xəstəlikləri, hipertoniya, yəni qan təzyiqinin artımı, onkoloji xəstəliklər ölüm hallarına səbəb olan xəstəliklərdir.

 

Onkoloji xəstəliklərindən ölüm hallarının yarana bilmə ehtimalı çoxdur. Statistik məlumatlara görə  kordioloji xəstəliklər-ürək çatışmazlığı, insult kimi hallar artıq onkoloji xəstəlikləri də üstələyir. Qeyd etdiyim xəstəliklər artıq cavanlaşıb. Belə ki, gənclərdə, orta yaşlı insanlarda həmin xəstəlikləri müşahidə etmək mümkündür. Əvvəllər bu cür xəstəliklər 50 yaşdan yuxarı insanlar üçün xarakterik idisə, indi belə deyil”.

 

Xəstəliklərin  90 faizindən çoxu irsi xarakter daşıyır

 

Deputat xəstəliklərin cavanlaşma səbəbindən də söz açıb: 

 

“Xəstəliklərin artması, ölüm hallarına səbəb olması, o cümlədən xəstəliklərin cavanlaşmasının müxtəlif səbəbləri var. İlk növbədə xəstəliyin genetikasını vurğulamaq istəyirəm.

 

Yəni bütün xəstəliklərin demək olar ki, 90 faizindən çoxu irsi xarakter daşıyır. Əgər nəsildə hər hansı xəstəlik varsa, bu ilk nümayəndələrdə aşkar olunmasa da, sonrakı nəsillərdə özünü göstərə bilər. O cümlədən ən önəmli səbəblərindən biri ekoloji faktorlardır.  Ekologiyanın çirklənməsi, insanların fiziki əməklə məşğul olmaması əsas səbəblərdən biridir.

 

Nə üçün əvvəlki insanlar daha uzunömürlü olurdu? Çünki dədə-babalarımız təmiz havada olub və yaxşı qidalanıblar. Digər tərəfdən fiziki əməklə məşğul olublar. Lakin hazırda cavanlardan tutmuş yaşlılara kimi hər kəs dayaq hərəkət sistemində olan problemlərdən şikayətlənirlər. Qol ağrısı, qrija, onurğadakı problemlər, ayaqlarda ağrı və.s. kimi hallarla qarşılaşırıq. Bu, az hərəkətliliklə əlaqədardır və təbii ki, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur”.

 

Mənfi xəbərlər insan beyninə pis təsir edir

 

K.Əliyeva qeyd edib ki, stress də ölüm hallarına səbəb olan amillərdən biridir:

“Bu gün hamı  oturaq həyat tərzi keçirir. Bu da ölüm faizinin artma səbəblərindən biridir. Hazırda mağazalarda bilavasitə insan ömrünü qısaldan ərzaqlar satılır. Süni qidalar insan orqanizmində xəstəliklərin yaranmasına gətirib çıxarır.

Sinir sistemi pozğunluqları da insan ölümünün cavanlaşmasına səbəb olur.

 

Bilirsiniz ki, bu dəqiqə hər şey stressdir. Məsələn, televiziyada  və ya saytlarda verilən mənfi xarakterli xəbərlər birbaşa insan səhhətinə təsir edir. Siz elə bilirsiniz ki, bunlar insan beyninə, orqanizminə təsir etmir? Biz bunu hiss etməyə bilərik. Amma  bu cür xəbərlər insan beyninə pis təsir edir və sinir hüceyrələrinin məhvinə gətirib çıxarır. Nəticə olaraq insan ömrü qısalır”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO
21.09.2017, 01:03

İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO

ABŞ-da orta məktəbdə silahlı insident
21.09.2017, 00:42

ABŞ-da orta məktəbdə silahlı insident

Meksikada 3 günlük matəm elan edildi
21.09.2017, 00:27

Meksikada 3 günlük matəm elan edildi

Azərbaycan nefti bahalaşıb
20.09.2017, 23:58

Azərbaycan nefti bahalaşıb

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır
20.09.2017, 23:43

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”
20.09.2017, 23:26

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub
20.09.2017, 23:09

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb
20.09.2017, 22:53

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb

Yaponiya yenidən silkələndi
20.09.2017, 22:38

Yaponiya yenidən silkələndi

İlham Əliyev Trampla görüşdü
20.09.2017, 22:23

İlham Əliyev Trampla görüşdü

FED uçot dərəcəsini dəyişmədi
20.09.2017, 22:15

FED uçot dərəcəsini dəyişmədi

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ
20.09.2017, 22:06

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO
20.09.2017, 21:49

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR
20.09.2017, 21:33

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR

20.09.2017, 21:17

"ABŞ beynəlxalq razılaşmaları pozur" - Ruhani

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3
20.09.2017, 21:03

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı
20.09.2017, 20:49

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib
20.09.2017, 20:35

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib

Erməni deputatlar sabah Bakıya gəlir
20.09.2017, 20:23

Erməni deputatlar sabah Bakıya gəlir

UEFA final oyunu üçün Bakını seçdi
20.09.2017, 20:07

UEFA final oyunu üçün Bakını seçdi

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib
20.09.2017, 19:56

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək
20.09.2017, 18:57

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək

Moskvanın mərkəzində bomba həyəcanı
20.09.2017, 18:41

Moskvanın mərkəzində bomba həyəcanı

Tovuzda qəza: yaralananlar var
20.09.2017, 18:33

Tovuzda qəza: yaralananlar var

İlham Əliyev Malta Prezidentini təbrik edib
20.09.2017, 18:08

İlham Əliyev Malta Prezidentini təbrik edib

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb   
20.09.2017, 17:50

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb  

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq
20.09.2017, 17:48

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”   
20.09.2017, 17:43

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”  

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
20.09.2017, 17:29

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir   
20.09.2017, 17:27

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir  

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
20.09.2017, 17:17

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ   
20.09.2017, 17:04

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ  

ADU-nun rektoru əcnəbilərlə görüşüb
20.09.2017, 17:00

ADU-nun rektoru əcnəbilərlə görüşüb

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır
20.09.2017, 16:58

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır

Universitetin klinikası tibbi xidmətlər təklif edir
20.09.2017, 16:56

Universitetin klinikası tibbi xidmətlər təklif edir

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.7%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(8.98%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(13.1%)
- Məhərrəmlık əsl İslama ziddir(31.1%)