Modern.az

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  

21 Sentyabr 2017, 17:52

Balakəndə atalığı tərəfindən zorlanma nəticəsində hamilə qalan 12 yaşlı qızın dünyaya gətirdiyi körpə ölüb. Bu barədə Modern.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O qeyd edib ki, 12 yaşlı ana uşağının öldüyün bilmir:

“Hələlik ona uşağın öldüyünü bildirməmişik. Vaxtından əvvəl doğulan uşaq inkişafdan qalmışdı. Həkimlər onun yaşaması üçün əlindən gələni etdi, amma yaşatmaq mümkün olmadı”.

 

Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

12 yaşlı qızın 22-23 həftəlik hamilə olduğu meydana çıxandan sonra o, Bakıya Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) həkimlərinin nəzarəti altına verilib.

ETMGİ-nin aparıcı mütəxəssisləri sentyabrın 14-də konsilium keçirərək, hamiləliyi ananın sağlamlığının imkan verdiyi həddə qədər qorumağa qərar veriblər. Lakin bir sutka keçəndən sonra, sentyabrın 16-da qızın vəziyyəti qəflətən pisləşib. Dərhal qeysəriyyə əməliyyatına alınan 12 yaşlı ana qız uşağı dünyaya gətirib. Qızın valideyni həmin uşağı qəbul edəcəyini açıqlamışdı.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü