Modern.az

Fazil Məmmədov üç vəzifəni özündə saxlayır...  

Fazil Məmmədov üç vəzifəni özündə saxlayır...   

Ölkə

6 Dekabr 2017, 15:05

Prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri vəzifəsindən azad edilən Fazil Məmmədov bir neçə idman federasiyasının prezidenti postunu da tutur.

Modern.az-ın məlumatına görə, F.Məmmədov hazırda Velosiped İdmanı Federasiyası, Güləş Federasiyası və Otüstü Hokkey Federasiyasının prezidentidir.

Bəs nazir postundan uzaqlaşdırılan F.Məmmədovun rəhbərlik etdiyi federasiyalardan da kənarlaşdırılacağı gözlənilirmi?

Modern.az-ın əməkdaşı bu sualla adları çəkilən federasiyalarla əlaqə saxlayıb. Hər üç qurumun cavabı üst-üstə düşüb: Fazil Məmmədovun federasiya rəhbərliyindən azad edilməsi ilə bağlı hansısa müzakirə aparılmayıb və məsələ hələ ki gündəmdə deyil.

I dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Əsəd oğlu Məmmədov 1964-cü ildə Şamaxı rayonunda anadan olub.

1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.

1987-89-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb.

1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit texnikumunda müəllim, kafedra müdiri işləyib.

1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib.

1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri təyin olunub.

1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

1999-cu il iyun ayının 20-də Azərbaycan Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib.

2000-ci il fevral ayının 11-də ölkə başçısının fərmanı ilə Azərbaycan Respublikasının vergilər Naziri təyin edilib.

5 dekabr 2017-ci il tarixində vergilər naziri vəzifəsindən azad edilib.

Ailəlidir, üç övladı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir