Modern.az

Mənzil bazarında qiymətlər artacaq - Ekspert bu iddiaları YALANLADI

Mənzil bazarında qiymətlər artacaq - Ekspert bu iddiaları YALANLADI

24 Mart 2018, 16:21

Bəzi ekspertlər 2018-ci ildə mənzil bazarında qiymət artımı olacağı proqnozlarını verir. 

 

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev isə Modern.az-a bildirib ki, keçən illin sonu, bu ilin əvvəlində mənzil bazarında müşahidə edilən cüzi bahalaşma müvəqqəti xarakterli idi:


“Bahalaşma əsasən, aşağı qiymət seqmentinə aid mənzillərdə qeydə alınıb. Qiymət artımını əsasən yeni tikililərdə, 1 və 2 otaqlı mənzillərdə müşahidə etdik. Bu artım müvəqqəti xarakter daşıdı. Hazırda qiymətlər ötən ilin müvafiq dövründəki qiymətlər səviyyəsindədir”.

Ekspert bundan sonrakı vəziyyətin mövsümə uyğunlaşacağını bildirib:


“Qarşıdakı aylarda yay mövsümü başlayacaq. Ənənəvi olaraq, yay mövsümündə daşınmaz əmlak bazarında qiymətlərdə durğunluq yaşanır. Bu baxımdan qiymətlərin nisbətən enəcəyi və stabil qalacağı proqnozlaşdırılır. Bunun əsaslandırılması keçən ilin sonu və bu ilin əvvəllərində qiymət artımına səbəb olan amil - təklifin azalması, tələbatın artması idi. Müşahidələrə görə, minimum səviyyədə tələbat artacağı təqdirdə qiymətlərdə artım ola bilər. Yay mövsümü amilini nəzərə aldıqda isə ciddi qiymət artımı, ümumiyyətlə dəyişiklik gözləmirik”.

R.Əliyevin sözlərinə görə, bazarda müəyyən dəyişiklik payızda müşahidə ediləcək:


“Hesab edirik ki, artıq bazarda əhəmiyyətli dəyişiklik olub-olmayacağını payızda müşahidə edəcəyik. Ənənəvi olaraq daşınmaz əmlak bazarında canlanma payız aylarında müşahidə edilir. Məhz o vaxt makroqitisadi vəziyyətə təsir edən amillərdən asılı olaraq proqnozlar vermək mümkün olacaq. Son iki ildə turizm sektorunda müəyyən canlanmaların olması, xaricdən gələnlərin çoxlamasının əmlak bazarna təsiri olub. Bundan sonrakı dövrdə ciddi dəyişiklik gözlənilmir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü