Modern.az

“Qəmlo” ləqəbli keçmiş döyüşçü: “Əliağa Hüseynovda heç vaxt Milli Orduya sevgi olmayıb”  

“Qəmlo” ləqəbli keçmiş döyüşçü: “Əliağa Hüseynovda heç vaxt Milli Orduya sevgi olmayıb”   

Aktual

18 May 2018, 11:05

“General rütbəsi daşıyan birisinin söyüşlərdən istifadə etməsi təəssüf doğurur. O cür adam necə Milli Məclisə deputatı olub?! Salyan camaatına böyük hörmətim var, amma jurnalistə qarşı tərbiyəsiz ifadə işlədən birisini necə deputat seçiblər?! Bunu anlaya bilmirəm”.

Bu sözləri Modern.az-a açıqlamasında  Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Binəqədi rayon şöbəsinin sədri, “Qəmlo” ləqəbi ilə tanınmış Şahin Ağayev Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant  Əliağa Hüseynovun Ordumuzu və jurnalisti təhqir etməsinə münasibət bildirərkən deyib.


Şahin Ağayevin sözlərinə görə, Əliağa Hüseynov heç vaxt Milli Ordunun tərkibində xidmət keçməyib:


“Əliağa Hüseynov Sovetin dövründə general olub. Sovet rejiminə xidmət edən birisi kimi tanınır. Onun içində Milli Orduya sevgi olmayıb. Sonra müstəqillik illərində hansısa yollarla özünə yer edib, vəzifə qazanıb. Bu cür birisini insanlar arasına çıxartmaq belə doğru deyil. O sovet dövründə və müstəqilliyin ilk illərində Hərbi komissarlıqlarda çalışıb, amma heç vaxt Milli Orduya bağlılığı olmayıb. Biz o cür insanlara “qərargah...” deyirdik”.

Qeyd edək ki, Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalisti təhqir edib.

Deputat Əliağa Hüseynov Modern.az-ın ona zəng edən müxbirinin sualını dinləyib və gözlənilmədən jurnalistin və Ordunun ünvanına təhqiramiz ifadələr işlədib:

“Siz kimsiniz? Hansı Ordudan danışırsız? Sizə nə açıqlama verəcəm? Əl çəkin məndən, şərəfsizlər!” deyərək telefonu qapadıb.


Əliağa Hüseyniv 1972-ci ildən 1997-ci ilə qədər Azərbaycanın müxtəlif rayonlarının hərbi komissarı işləyib. 1998-2009-cu illərdə Azərbaycan Respublikasının hərbi komissarı olub. 2009-2010-cu illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2010-cu ilin noyabr ayından bu günə kimi Milli Məclisin deputatıdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir