Modern.az

"Keşlə" səfərdə böyük hesabla məğlub oldu

"Keşlə" səfərdə böyük hesabla məğlub oldu

12 İyul 2018, 22:13

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçirilib. Modern.az xəbər verir ki, "Keşlə" səfərdə Malta komandası "Balzan"la qarşılaşıb.

Hesabı oyunun 12-ci dəqiqəsində Alfred Effionq açıb. Oyunun 21-ci dəqiqəsində isə Lecao "Balzan"ın 2-ci qolunu vurub.

29-cu dəqiqədə "Keşlə"nin oyunçusu Cesar Meza penaltı zərbəsi ilə hesabı 2-1 edib.

Lakin bu da oyunda vurulan son qol olmayıb. "Keşlə" oyunun 33-cü və 55-ci dəqiqəsində qapısında yenidən qol görüb.

Beləliklə, "Keşlə" səfərdə  "Balzan"a 4-1 hesabı ilə məğlub olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü