20 mart 2019, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - ADU cəzalandırılan dekanla bağlı MƏLUMAT yaydı  
ADU cəzalandırılan dekanla bağlı MƏLUMAT yaydı  
11.01.2019, 10:42

Azərbaycan Dillər Universitetinin mətbuat xidməti son günlər bu ali təhsil ocağı barədə mediada yazılanlara münasibət bildirib.

Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu gün Azərbaycan Dillər Universiteti ölkəmizin ali təhsil ocaqları arasında öz yüksək adını və nüfuzunu daha da artırmaq, universiteti tədris və elmi istiqamətlərdə müasir tələblərə uyğun səviyyəyə qaldırmaq əzmi ilə yaşadığı zamanda bir sözündə belə həqiqət olmayan, bu təhsil ocağının məzunu və əməkdaşı olan Vüsalə Ağabəylinin şər və böhtan dolu iftiraları ilə üzləşib.


ADU-dan verilən açıqlamada daha sonra bildirilib:


“Özünün də təhsil aldığı, müəllim və dekan kimi fəaliyyət göstərdiyi ADU-nun müəllimlərini savadsız, tələbələrini biliksiz adlandıran şəxs indi isə bütün iftira və yalanlarla dövləti aldatmağa cəhd göstərir. Eyni zamanda ADU-nun Müdafiə Şurasını müdafiə olunan işlərin 90 faizinin saxta və müəyyən maddiyat qarşılığında təşkil etməsində ittiham edir. Bununla bağlı Müdafiə Şurasının üzvləri öz etirazlarını yazılı şəkildə universitet rəhbərliyinə bildirmiş və bu şəxsin cəzalandırılmasını tələb etmişlər.

Bu gün Vüsalə Ağabəyli özü tələbənin savadsız olmasına birbaşa məsul şəxs olduğu halda, vəzifə borcunu yerinə yetirməməsinin günahını başqa şəxslərdə axtarır. Artıq belə bir məqamda nə ADU-nun yüzlərlə ləyaqətli əməkdaşı, nə də tələbələri səbrli ola bilirlər. Buna görə universitetin mətbuat xidməti olaraq bizə ünvanlanan müraciətləri ümumiləşdirərək və V.Ağabəylinin ölkəmizin Birinci xanımı, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya ünvanladığı yalanlarla dolu məktuba öz münasibətimizi bildirməyi lazım bildik.


Vüsalə Ağabəyli bir dekan kimi çalışdığı müddətdə öz işinin öhdəsindən nəinki gəlmiş, hətta öz vəzifəsindən sui-istifadə edərək tələbələrin problemlərinə etinasız yanaşmış, onların dekana ünvanlanan ərizələrinə, haqlı xahişlərinə belə göz yummuşdur. Onlarla tələbənin ərizəsi hansısa gizlin məqsədlə bu gün də baxılmamış qalmaqdadır. Bununla bağlı hər həftə iştirak etdiyi Rektoryanı Şura, ayda bir dəfə qatıldığı Elmi Şuralarda bir dəfə də olsun tələbələrin ona olan müraciətlərini dilə gətirməmiş, qeyri-məlum səbəbdən tələbə müraciətlərini cavabsız qoymuşdur.

Rektorun əmri ilə təşkil olunan açıq dərsləri öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək universitetdə qəbul edilən qaydalara məhəl qoymadan təşkil etmiş, o, dərslərdə 10 dəqiqə iştirak etməklə və nəticəni açıq dərsi deyən müəllimin iştirakı olmadan müzakirə edərək qərəzli şəkildə müəllimləri qeyri-kafi qiymətləndirmişdir. Bununla da universitet kollektivi arasında süni şəkildə narazılıq yaratmağa çalışmışdır.

Özü-özünü təkzib edən şikayətçi “Virtual kafedra” anlayışının da fərqinə varmamış və özünün gizlin arzusunda olduğu kafedraya “virtual” olsa belə başqasının ictimai əsaslarla rəhbərlik etməsini də həzm edə bilməmişdir.

Öz tərcümeyi-halını da məktuba əlavə edən V.Ağabəyli nədənsə 2002-2005-ci illərdə çalışdığı “Xural” qəzetindəki fəaliyyətini yazmağı “unutsa da”, yazı üslubunda və hərəkətlərində YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızının dediyi kimi “Xural”ı unutmamışdır.


Heç bir seçki keçirilmədən seçkili vəzifə olan R.Behbudov 134 üzrə ərazi ilk YAP Təşkilatının Qadınlar Şurasına özü-özünü sədr “təyin” edən V.Ağabəyli bu məqamda da ölkəmizin Birinci xanımını, bununla da dövləti aldatmağa cəhd etmişdir. Başqa bir yalan da odur ki, məktubunda tələbəliyinin birinci kursundan YAP üzvü olduğunu bildirən V.Ağabəyli öz bioqrafiyasında bunun məhz 2011-ci ildə (27 yaşında) baş verdiyini qeyd etmişdir.

Qaranlıq karyera yüksəlişinə Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin yaratmış olduğu Yeni Azərbaycan Partiyasını da alət etmək, ancaq öz nailiyyətinə özünün belə inanmadığı, saxtakar şəxslərin işi ola bilər. Biz bu gün ADU-nun Filologiya və jurnalistika fakültəsinin dekanı, özünü ictimaiyyətə ADU YAP Qadınlar Şurasının sədri kimi təqdim edən V.Ağabəylinin simasında buna şahid oluruq. Əslində, Qadınlar Şurasının sədri seçkisinin keçirilməsi ilə bağlı da hansısa sənəd və ya protokol yoxdur. Buna görə onun belə bir ictimai-siyasi vəzifəni tutması ilk ərazi təşkilatı və ADU-da YAP üzvü olan ziyalı qadınlar tərəfindən də tanınmır. Bu haqda YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkili hörmətli Məlahət İbrahimqızı da mətbuatda öz fikrini ifadə etmişdir.



Ona bu seçkili vəzifə yalnız həvalə edilib. V.Ağabəyli isə ötən 2 il ərzində belə bir vəzifənin adından sui-istifadə edib, lakin bu sahədə heç bir fəaliyyət göstərməmişdir. Hətta ona partiya üzvləri tərəfindən irad bildirilməsinə baxmayaraq, yenə də öz işinə etinasız yanaşmış və yeri düşdükcə öz fəaliyyətsizliyinə rəğmən, partiyanın adından sui-istifadə etmişdir. Bununla bağlı rəsmi şəxslərə yalan informasiya verməkdən, öz fəaliyyətsizliyində digər şəxslərə böhtan atmaqla onları günahlandırmaqdan belə çəkinməmişdir.

Şəxsinə ADU-da ögey münasibətdən bəhs edən V.Ağabəyli təkcə 2017-2018-ci illərdə Gürcüstan, Macarıstan, Türkiyə, Finlandiya və İspaniyada universitet rəhbərliyinin göndərişi ilə müxtəlif beynəlxalq proqramlarda, həmçinin ölkəmizdə keçirilən gənc alimlərin, müəllimlərin qurultay, forum, seminar və konfranslarında iştirak etmiş və universiteti təmsil etmişdir.

Univeristet rəhbərliyinin V.Ağabəyliyə “ögey” münasibəti yalnız öz vəzifəsindən sui-istifadə edib müəllimlərin açıq dərsini qaydaları pozaraq, qərəzli şəkildə dəyərləndirilməsi, bir də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə etinasız münasibət göstərdiyinə görə baş vermişdir. Bu məqamda belə, rəhbərlik yenə də, humanist davranaraq V.Ağabəyliyə yalnız töhmət verilməsi ilə kifayətlənmişdir.


Müraciətində vaxtilə ona dərs demiş öz qocaman müəllimlərinin belə müxtəlif kafedralara rəhbərlik etməsini həzm edə bilməyən bu şəxs onların universitetdəki nəcib fəaliyyətini “hegamonluq”, özlərini isə “təhsildən bixəbərlər” adlandırmaqdan çəkinmir. Bu, müəllim etikasına xələl gətirən bir davranış deyil, bəs nədir?!

İşində buraxdığı nöqsanlara görə aldığı tənbeh cəzasını özünə qarşı böyük ədalətsizlik aktına çevirən ərizəçi bu halı bütün əməkdaşlara qarşı hesab edir, halbuki onun müxtəlif vəzifəli şəxslərə, xüsusən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı bu yalan və böhtan dolu müraciətə universitetin bütün kollektivi qarşı çıxır, bu halı qətiyyətlə pisləyirlər. Bu məsələ ilə bağlı universitetin rəsmi saytına hər gün onlarla müraciətlər daxil olur.

Universitetin auditoriyalarının maddi-texniki təminatı ilə bağlı isə son bir ildə görülən işlər, dərs prosesinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə alınan avadanlıqlar, yaradılan yeni auditoriyalar isə sanki şikayətçinin fəaliyyət göstərdiyi universitetdə olmamışdır. Bu faktları universitetin bütün tələbə və əməkdaşları təsdiqləyir. Bir də ki, görünən dağa nə bələdçi?!

V.Ağabəylinin rəhbərlik etdiyi dekanlığın ADU-nun anbarından aldığı ləvazimatların həcmi isə öz imzası ilə yazılan və icra edilən təqdimatlardan görünür. O ki qaldı, birinci kurs tələbələrinin aldıqları bədii ədəbiyyatların pulunun ödənilməsinə, bu, ancaq ADU-nun Sosial Fondu vasitəsi ilə olmuşdur, bunun üçün heç kəsin adına pul yazılıb silinməmişdir. Bu, yalnız V.Ağabəyli tərəfindən deyilən ağ yalan, böhtan və iftiradır. Asanlıqla yoxlana bilən faktdır.


Bu gün özünü dekan kimi təqdim edən şəxsin tutduğu vəzifəyə seçilməsi belə doğru-düzgün aparılmamışdır. Belə ki, dekan seçkiləri heç bir kafedrada müzakirə edilməmiş və protokollaşdırılmamışdır. Dekan seçilərkən isə V.Ağabəylinin elmi adı belə olmamışdır.

Bu qədər saxtakarlıqla özünə “uğurlu karyera” quran şəxs indi özünü günahsız bir “təhsil fədaisi” kimi ictimaiyyətə sırımaqdadır və bunun üçün qarşı tərəfi də öz yalan və böhtanları ilə çirkaba batıracağını düşünür. Düşdüyü durumda öz həmkarlarından dəstək görməyən şikayətçi tələbələri öz oyununa alət edərək, sosial şəbəkələrdə onları iğtişaşa səsləməkdən belə çəkinmir. ADU kollektivi buna göz yuma bilməz, bununla bağlı çox sərt tədbirlər görmək əməkdaşlar tərəfindən universitet rəhbərliyi qarşısında qaldırılmışdır.


Universitet haqqında yalan və böhtan informasiya yayan bu şəxslərin niyyəti ADU-nu 2 il əvvəlki duruma salmaq, tələbələri nəinki universitetə qarşı, hətta dövlətə qarşı qaldırmaqdan ibarətdir. ADU rəhbərliyi isə tələbələrin daha əvvəl qurulmuş “imtahan oyununa” salınmasına qarşıdır və atılan bütün addımlarda tələbə-müəllim münasibətlərinin doğru-düzgün qurulmasına çalışır.

ADU-da atılan hər bir addım, görülən hər bir iş ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü təhsil siyasətinə, multikulturalizm siyasətinə və Azərbaycançılıq məfkurəsinə uyğun şəkildə qurulmuşdur. Bunun bariz nümunəsidir ki, bu gün ADU-da həm tədrisin keyfiyyəti yüksəlir, həm də beynəlxalq təcrübə və mübadilə proqramları vasitəsi ilə universitetə gətirilir. Bu prosesi ləkələməyə, ADU kimi nüfuzlu təhsil ocağını öz müəllim əxlaqına zidd yalan, böhtan və iftiraları ilə gözdən salmağa çalışan şəxslər öz qanunazidd əməllərinə haqq qazandırmaq üçün dövləti aldatmaqdan belə çəkinmirlər.

ADU Mətbuat xidmətinin ictimaiyyətə ünvanlanan bu müraciətini onlarla universitet əməkdaşı imzalayır”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20.03.2019, 18:22

Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu mövzusunda müzakirələr aparılıb

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb
20.03.2019, 18:18

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı
20.03.2019, 17:11

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi
20.03.2019, 16:19

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi
20.03.2019, 16:12

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi
20.03.2019, 15:36

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək
20.03.2019, 15:10

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edildi
20.03.2019, 14:43

Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edildi

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA
20.03.2019, 14:24

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər
20.03.2019, 14:08

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər

Xızıda qida üçün yararlığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib
20.03.2019, 14:04

Xızıda qida üçün yararlığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib

Dünyanın ən bahalı şəhərləri - SİYAHI   
20.03.2019, 13:28

Dünyanın ən bahalı şəhərləri - SİYAHI  

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  
20.03.2019, 13:14

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı   
20.03.2019, 12:25

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı  

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ   
20.03.2019, 12:22

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ  

Türkiyənin “Sultan Novruzu”
20.03.2019, 12:17

Türkiyənin Sultan Novruzu

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...
20.03.2019, 12:10

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək
20.03.2019, 12:03

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi
20.03.2019, 11:59

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi

ADU-da “Multikultural Novruz bayramı” 
20.03.2019, 11:57

ADU-da “Multikultural Novruz bayramı” 

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI
20.03.2019, 11:51

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı
20.03.2019, 11:47

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır
20.03.2019, 11:32

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir
20.03.2019, 11:24

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı   
20.03.2019, 11:20

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı  

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
20.03.2019, 11:07

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20.03.2019, 10:47

Evində narkotik bitki yetişdirən şəxs saxlandı

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
20.03.2019, 10:43

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”
20.03.2019, 10:18

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək
20.03.2019, 10:16

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO
20.03.2019, 10:08

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO

Ermənilər cəbhədə təxribatlara davam edir
20.03.2019, 09:49

Ermənilər cəbhədə təxribatlara davam edir

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu
20.03.2019, 09:20

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
20.03.2019, 09:09

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü
20.03.2019, 00:46

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü

20.03.2019, 00:25

"Azərpoçt" bayram günlərində də işləyəcək

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
20.03.2019, 00:07

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir
19.03.2019, 23:57

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Azərbaycan nefti bahalaşıb
19.03.2019, 23:42

Azərbaycan nefti bahalaşıb

Bakı sakini özünü 8-ci mərtəbədən atdı
19.03.2019, 23:29

Bakı sakini özünü 8-ci mərtəbədən atdı

Sərnişin təyyarəsində yanğın
19.03.2019, 23:12

Sərnişin təyyarəsində yanğın

Türkiyədə Koroğluya abidə ucaldıldı
19.03.2019, 22:55

Türkiyədə Koroğluya abidə ucaldıldı

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi
19.03.2019, 22:36

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Bayramlaşma...
19.03.2019, 22:35

Bayramlaşma...

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb
19.03.2019, 22:24

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb

Zurabişvili azərbaycanlıların kəndinə gəldi
19.03.2019, 22:07

Zurabişvili azərbaycanlıların kəndinə gəldi

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO
19.03.2019, 21:51

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO

ARXİV