Modern.az

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı

18 Fevral 2019, 21:57

5-ci Münhen Təhlükəsizlik Konfransında Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüşməməsinin səbəblərinə Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət bildirib.  Modern.az xəbər verir ki, XİN sözçüsü Leyla Abdullayeva Axar.az-a açıqlamasında Azərbaycanın nəticəyə yönəlik danışıqlara hər zaman hazır olduğunu vurğulayıb.

 

“Tərəfimizdən hər zaman və hər yerdə bəyan edilir ki, Azərbaycan nəticəyə yönəlik - ərazilərimizin işğaldan azad olunması, məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması ilə bağlı bütün danışıqlara hazırdır. 55-ci Mühnen Təhlükəsizlik konfransı çərçivəsində belə bir görüş imkanı olsaydı, tərəfimizdən mütləq dəyərləndirilərdi”.

 

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransından əvvəl Z.Mnatsakanyan, daha sonar isə E.Məmmədyarov görüşəcəklərini istisna etməmişdilər. 15 fevralda isə E.Məmmədyarov Rusiya mediasına açıqlamasında erməni həmkarı ilə ayaqüstü də olsa, mütləq görüşəcəyini bildirmişdi.

 

Mnatsakanyan isə Münhendə Qarabağ problemini Rusiya XİN rəhbəri Sergey Lavrovla müzakirə etdi. Mnatsakanyan-Lavrov görüşdən sonra Mnatsakanyanla Məmmədyarov arasında görüşün baş tutmaması diqqət çəkdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir