Modern.az

Koreyadakı səfirimizə “fəxri vətəndaş” adı verilib

Koreyadakı səfirimizə “fəxri vətəndaş” adı verilib

Aktual

5 Noyabr 2012, 16:18

Azərbaycan Respublikasının Koreyadakı səfiri Rövşən Cəmşidov “Seul şəhərinin fəxri vətəndaşı” adı ilə təltif olunub. Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Seul meriyasının qərarında qeyd edilir ki, fəxri ad Azərbaycanla Koreya arasında münasibətlərin genişləndirilməsinə, o cümlədən mədəni mübadilə sahəsindəki xidmətlərinə, bir sıra mədəni tədbirlərin təşkil olunmasına və hər il keçirilən Seul Dostluq Sərgisində Səfirliyin fəal iştirakına görə R. Cəmşidova verilir.

Paytaxt meri Park Von Soon səfirimizə müvafiq sertifikatı, xatirə nişanını və fəxri vətəndaşlıq vəsiqəsini təqdim edib.
Qeyd edək ki, 1958-ci ildə təsis edilmiş “Seul şəhərinin fəxri vətəndaşı” adı bu şəhərdə ən azı üç il yaşayan əcnəbi vətəndaşlara şəhərin iqtisadi, ictimai-mədəni həyatına verdikləri töhfələrə görə təqdim edilir. 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü