Modern.az

Musa Yaqub Kiprdə azərbaycanlı tələbələrlə görüşüb

Musa Yaqub Kiprdə azərbaycanlı tələbələrlə görüşüb

22 Dekabr 2012, 14:58

Şimali Kipr Türk Cümhuriyyətinin ən qədim və böyük təhsil ocaqlarından olan Yakın Doğu Universitetində Azərbaycanın xalq şairi Musa Yaqubla görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan rektor köməkçisi prof. Dr. Fəxrəddin Sadıqoğlu Musa Yaqub haqda danışaraq onun Azərbaycanın tanınmış ziyalılarından olduğunu bildirib və onun həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib. Rektor çıxışı zamanı şairin şeirlərindən sitatlar çəkərək, Musa Yaqub yaradıcılığının rəngarəngliyindən geniş söz açıb.

Universitetdə təhsil alan azərbaycanlı tələbələr də Musa Yaqubun şeirlərindən seçmə nümunələr səsləndirməklə xoş ovqat yaradıblar.

Tədbirdən zövq aldığını deyən Musa Yaqub görüşün təşkilində zəhməti olanlara, xüsusən universitet rəhbərliyinə minnətdarlıq bildirib. Şair çıxışında azərbaycanlı tələbələrə üz tutaraq yaxşı oxumalarını, ölkəmizin layiqli təmsilçiləri olmasını tövsiyyə edib.

Musa Yaqubla görüşə rektorun digər köməkçisi Şenol Bektaşin, universitetin Türk dili və ədəbiyyatı bölümünün müəllimləri türk və azərbaycanlı tələbələr, habelə ictimaiyyət nümayəndələri qatılıb.

TOĞRUL Salehli,

Yakın Doğu Universitetinin tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü