Modern.az

"Region dövlətləri gənclər təşkilatları - erməni təcavüzünə qarşı" kampaniyası başlayıb

"Region dövlətləri gənclər təşkilatları - erməni təcavüzünə qarşı" kampaniyası başlayıb

Qarabağ

12 May 2010, 12:39

Son günlər ermənilərin yalnız Azərbaycan ərazi bütövlüyünə deyil, eyni zamanda Gürcüstanda Cavaxetiya, Türkiyəyə olmayan “soyqırım” iddiaları və ərazi iddiası, İrana qarşı ərazi iddiası bir daha təcavüzkar ölkənin Cənubi Qafqaz bölgəsində region dövlətlərinə qarşı təcavüzkar siyasətinin davamından xəbər verir.

Bununla bağlı olaraq, Azərbaycan, Türkiyə, Gürcüstan gənclər təşkilatlarından ibarət olan bir qrup gənc bü gündən etibarən  “Region dövlətləri-erməni təcavüzünə qarşı” kampaniyasına start verib. Şəbəkənin Azərbaycandakı koordinatoru “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynovanın Modern.az-a bildirdiyinə görə, kampaniya çərçivəsində dünyanın aparıcı dövlətlərinin hökumətlərinə və parlamentlərinə, beynəlxalq təşkilatlara, eyni zamanda  region dövlətlərinin hökumət və parlament üzvlərinə müraciət ünvalanacaq: “Kampaniyanı həyata keçirən təşkilatlar bu sıraya region ölkələri olaraq İran və  Rusiya gənclər təşkilatlarının da təmsili ilə bağlı hazırda iş aparmaqdadır. Biz düşünürük ki, regionun problemləri ən ideal variantda region dövlətləri tərəfindən daha rahat həll oluna bilər. Eyni zamanda nəhayət ki, dünya birliyi region dövlətlərinin də iştirakı ilə təcavüzkarl artıq cilovlamalıdır. Çünki bu gün regionun 4 dövlətinə ərazi iddiasında olan erməni təcavüzkarlarının sabah Rusiyaya və digər ölkələrə qarşı da bu iddiada olacağı qaçılmazdır”.

Birlik sədrinin sözlərinə görə yaxın zamanlarda şəbəkədə təmsil olunan ölkələrin gənclər təşkilatları və beynəlxalq aləmdə aparacagi təbliğat xatarketli iş planı barədə ictimaiyyətə geniç açıqlama veriləcəkdir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir