Modern.az

Azərbaycan gəncləri Fransadakı yay düşərgələrindədirlər

Azərbaycan gəncləri Fransadakı yay düşərgələrindədirlər

Qarabağ

27 İyul 2010, 14:51

Gənclərin yay tətilini səmərəli və dəyərli keçirmələri üçün Gənclər üçün Təhsil Mərkəzi “Beynəlxalq Yay Düşərgələri” Proqramı reallaşdırır.

Mərkəzdən verilən məlumata görə, yay mövsümü başlayandan bu günədək 26 gənc Fransanın müxtəlif şəhərlərində təşkil edilən beynəlxalq yay düşərgələrinə göndərilib.

Müxtəlif ölkələrin gənclərinin də iştirak etdiyi bu düşərgələr uşaqlarla iş, sosial iş, incəsənət, əlillərlə iş, ekologiya, yenidənqurma və təhsil sahələrini əhatə edir. Yay düşərgələrinin həyata keçirilməsində əsas məqsəd gənclərin dünya görüşünün artırılmasında, yeni-yeni  xarici dostlar qazanmasında, öz mədəniyyətlərini bir-birlərinə təqdim etməkdə və xarici dil biliklərinin inkişaf etdirilməsində kömək etməkdən ibarətdir.

“Avqustun sonunda bitəcək yay düşərgələri gənclərimizlə yanaşı, ölkəmiz üçün də xüsusi əhəmiyyətə malikdir. Çünki düşərgədə iştirak edən yüzlərlə aktiv əcnəbi gənc Azərbaycan haqqında geniş məlumatlar toplayır, onun tarixi və mədəniyyəti ilə yaxından tanış olurlar”-deyə mərkəzdən bildirilib.

Qeyd edək ki, Fransanın müxtəlif şəhərlərində keçirilən hər bir düşərgədə 1 gün “Azərbaycan günü” elan edilir.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir