Modern.az

“Soyuq müharibə”nin simvolu - Berlin divarının uçurulduğu gündür - FOTOLAR

“Soyuq müharibə”nin simvolu - Berlin divarının uçurulduğu gündür - FOTOLAR

9 Noyabr 2016, 10:50

1946-cı il martın 5-də ABŞ-ın Missuri ştatının Fulton şəhərində çıxış edən Böyük Britaniya baş naziri Uniston Çörçill Sovet İttifaqını sərt tənqid edən çıxışı ilə sonradan tarixdə “Soyuq müharibə” adlandırılacaq yarım əsrlik ideoloji, siyasi və hərbi qarşdurmanın əsasını qoymuş oldu. Birlikdə faşizm üzərində qələbə qazanmış keçmiş müttəfiqlər dünyada yaranmış yeni geosiyasi reallıqda bir-birinə düşmən kəsildilər.

Çörçill çıxışında Varşava, Berlin, Budapeşt, Praqa, Sofiya, Belqrad, Vyana, Buxarest kimi Mərkəzi və Şərqi Avropa paytaxlarının “sovet təsir dairəsi”ndə olduğunu və rəsmi Moskvanın yerli kommunist partiyalarını hakimiyyətə gətirdiyini bildirmişdi. Bu çıxış demokratik dəyərlərə əsaslanan kapitalist Qərbi sosializm ideyaları ilə idarə olunan Sovet İttifaqına qarşı qoydu. Bu 2 ideoloji-siyasi sistem arasında mövcud olan rəqabət özünü dünyanın müxtəlif nöqtələrində - Kuba böhranında (1962), Vyetnam müharibəsində (1965-1975), Əfqanıstan müharibəsində (1979-1989) və s. biruzə verirdi.

“Soyuq müharibə”nin belə gərgin nöqtələrindən biri də Berlin şəhəri ilə bağlı idi. Uzun illər bu şəhəri iki hissəyə - Qərbi və Şərqi Berlinə ayıran 43 kilometrlik divar “Soyuq müharibə”nin simvolu sayılırdı.

İkinci Dünya Müharibəsində müttəfiq olan ABŞ, Böyük Britaniya və SSRİ birləşərək Hitler Almaniyasına qalib gəldilər. Sovet qoşunlarının ələ keçirdiyi Berlin müttəfiqlər arasında əldə olunan razılaşmaya əsasən, 4 zonaya – Fransa, SSRİ, Böyük Britaniya və ABŞ zonalarına bölündü. Gələcəkdə bu zonaların birləşdirilməsi və ümumalman seçkilərinin keçirliməsi nəzərə tutulurdu. Lakin yuxarıda qeyd olunduğu kimi, Uinston Çörçilin “Fulton nitqi” Sovet İttifaqı ilə gərginliyə yol açdı. Qərb müttəfiqlərinin nəzarətində olan Almaniya torpaqlarında 1948-ci ildə Almaniya Federativ Respublikası yaradıldı. Cavab olaraq SSRİ öz nəzarətində olan torpaqlarda Almaniya Demokratik Respublikasını yaratdı. Almaniyanın yenidən vahid dövlət halında birləşməsi perspektivləri tamailəı məhv oldu.



Münasibətlərin kəskinləşdityi zamanda Berlin şəhərinin rəsmi statusu da əsas müzakirə mövzularından biri idi. Belə ki, Qərb müttəfiqlərinin Qərbi Berlindəki işğal zonası Almaniya Demokratik Respublikasının dərinliyində yerləşirdi və hər tərəfdən mühasirədə idi. ABŞ, Fransa və Britaniya işğal zonaları birləşdirilərək Qərbi Berlini sovet təsir dairəsində öz anklavlarına çevirdilər. ADR (Almaniya Demokarik Respublikası) və SSRİ müttəfiqlərin təcriddən bezərək Berlinin Qərbini tədricən tərk edəcəyinə ümid bəsləsələr də, bu baş vermədi. Əksinə, ABŞ Qərbi Berlinə hərbi yardımlar göstərdi. Ümumiyyətlə, Qərbi Berlin xüsusi statusa malik olduğu 1949-1990-cı illər ərzində Almaniya Federativ Respublikasının Konstitusiyasının fəaliyyət göstərmədiyi ərazi idi. Şəhərdə alman ordusu deyil, amerikalı və britaniyalı hərbçilər yerləşdirilmişdi. Qərbi berlinlilər Almaniya seçkilərtində səs vermir, hərbi mükəlləfiyyətdən azad hesab olunur və öz qanunverici orqanlarının qərarı ilə idarə olunurdular.

1954-cü ilə qədər sovet nəzarətindəki Şərqi Berlinlə Qərbi Berlin arasında gediş-gəliş sərbəst idi. Şəhəri iki yerə ayrtıan 44 kilometrlik sərhəd xətti evlərin arasında, çay kanallarından və s. keçirdi. Sərhəd zolağı boyu yer üzərində 81, metro xəttində isə 13 stansiya keçid məntəqəsi rolunu oynayırdı. Berlinin Şərqi və Qərbi arasında aydın sərhəd xəttinin olmaması müəyyən anlaşılmazlığa, insanların sərhəddi icazəsi keçməsinə, casusluq fəaliyyətinə səbəb olurdu. Digər tərəfdən Almaniya Demokratik Respublikasında pulsuz təhsil alan gənclər gizli yollarla Qərbi Berlinə keçir və burada çalışaraq, daha çox qazanc əldə edirdilər.

1957-ci ildə AFR kansleri Konrad Adenauer Almaniya Demokratik Respublikasını tanıyan dövlətlərlə diplomatik münasibətlərin kəsiləcəyi ilə bağlı qanun layihəsinin qəbul olunmasına nail oldu. Sovet tərəfinin Qərbi Berlinin hərbsizləşdirliməsi ilə bağlı təklifi də Qərb dövlətləri tərəfindən rədd olundu. Əksinə, 1961-ci ilin mayında NATO Qərbi Berlinə yeni hərbi qüvvələr göndərdi. Cavab olaraq SSRİ rəhbəri Nikita Xruşşov Berlini “ADR-in paytaxtı” adlandırdı və Qərbi Berlinin “azad şəhər” elan olunmasını tələb etdi.



ADR-in 1-ci katibi Valter Ulbrixt isə Şərqi və Qərbi Berlin arasında etibarlı sərhəddin olmasını tələb edirdi. Ulbrixt təkcə 1961-c ildə Şərqdən Qərbi Berlinə 270 mindən artıq insanın qaçdığını deyirdi. 1961-cı il avqusutn 3-5-i tarixlərində yaranmış vəziyyətlə bağlı Moskvada Varşava Müqaviləsi Təşkilarına üzv olan kommunist dövlət başçlarının geniş iclası keçirilir. Məhz bu görüş zamanı Berlin şəhərini iki yerə ayıracaq divarın çəkilməsi qərara alınır. Artıq avqustun 7-də şəhərin iki hissəsi arasında sərhəd xətti bağlanır. 1961-cı il avqustun 13-ü gecə saatlarında isə Berlin divarının tikintisi başlanır.

ADR-in 25 minlik hərbləşdirilmiş qrupları Qərbi Berlinlə sərhəd zolağı boyunca mövqe tuturlar və tikinti işlərinə başlayırlar. Sovet ordusu da tikintinin getdiyi müddətdə döyüş hazırlığına gətirilir. Şəhəri iki yerə ayıran sərhəd xəttindəki bütün evlər sökülür və sakinlər köçürülür. 4 metro xətti və sərhəd keçid məntəqələri də bu müddətdə fəaliyyətini dayandırır. 1961-c ildən 1975-ci ilə qədər Berlin divarının tikintisi və yenilənməsi davam edir. Tikanlı məftillərdən, beton seqmentlərindən ibarət 3,6 metr hündürlüyə malik divar, müşahidə qalaları, xəbərtdarlıq raketlərindən ibarət şəbəkə, projektor-işıqlandırma sistemi və s. mühəndis priyomlarından ibarət Berlin divarı yalnız Berlini deyil, həm də Qərblə Şərqi, kapitalizmlə sosializmi bir-birindən ayıran simvol halına gəlir.



Divarın hörülməsindən sonra Qərbi Berlinə səfər etmək ADR vətəndaşları üçün xeyli çətinləşdi. Təqaüdçülər istisna olmaqla, qalan hər kəs bunun üçün xüsusi icazə almalı idi. 44 kilometrlik divar boyu xüsusi postlar quraşdıran ADR hakimiyyəti sərhədi qanunsuz keçməyə çalışan şəxslərin qarşısını almaq istəyirdi. Lakin ADR hakimiyyəti onlar sərhəd pozuntularının qarşısını tam ala bilmirdi. 1989-cu ilin 8 noyabrına qədər Qərbi Berlinə 5054 dəfə qaçış aksiyası baş tutmuşdu. İnsalar hazırladıqları uçuş aparatları, deltaplanlar vasitəsilə, kəndirlə, yeraltı tunnelərlə, buldozerlə və s. kommunist Almaniyasını tərk etməyə çalışırdılar. Digər tərəfdən 1964-1989-cu illər ərzində Almaniya Demokratik Respublikasının qeyri-rəsmi razılığı əsasında pul qarşılığında 215 min Şərqi Almaniya sakinini Qərbi Berlinə, yaxud Almaniya Federativ Respublikasına buraxılmasına icazə vermişdi. 

Berlin divarının mövcud olduğu 28 il ərzində azı 125 nəfər sərhədi keçmək istəyərkən öldürülmüşdü. Həmin dövrdə ADR xüsusi xidmət orqanı olan “Ştazi” divarı Şərqi Berlin istiqamətindən aşmaq isəyən istənilən şəxsin güllələnməsi barədə polisə göstəriş vermişdi. Amma Qərbi Berlindən qaçaraq ADR-ə gələn şəxslərə qarşı silah istifadə olunması qadağan idi. Berlin divarını aşan qərbi berlinlilər adətən, içkili halda bu addımı atanlardan, yaxud divarın mövcud olmasına etiraz edən şəxslərdən ibarət olurdu.



1987-ci il iyunun 12-də Berlinin 750 illiyi ilə bağlı şəhərə gələn ABŞ prezidenti Ronald Reyqan Sovet İtitfaqının 1-ci katibi Mixail Qorbaçova Berlin divarlarını göstərərək, gözlənilmədən “Cənab Qorbaçov, bu qapıları açın, Cənab Qorbaçov bu divarı dağıdın” deyə müraciət edir.

Nəhayət, 1989-cu ilin mayında sosialist dövlətlərindən olan Rumıniya Qərb qonşusu Avstriya ilə sərhədləri açıq elan edir. Almaniya Demokratik Respublikasının sakinləri bu sərhəddən isitfadə edərək böyük axınla Federativ Almaniyaya axışırlar. Almaniyanı birlik mitinqləri və kommunist hakimiyyətinə qarşı etiraz aksiyaları bürüyür. Nəticədə ADR-in bütün rəhbərliyi istefa verir.



1989-cu il noyabrın 9-da xalq qarşısında çıxış edən ADR baş naziri Hünter Şabovski ölkə vətəndaşlarının Qərbi Berlini və AFR-i maneəsiz ziyarət edə biləcəyini deyir. Bundan bir neçə saat sonra polis və sərhədçilərə məhəl qoymayan Berlin sakinləri hər iki tərəfdən şəhəri ayıran Berlin divarı qarşısında toplaşır və divarı aşaraq bir-birilə görüşməyə başlayılar.
Hadisələr sürətlə inkişaf edir və 1990-cı il oktyabrın 2-də Almaniyanın birləşməsi ilə nəticələnir. Buna istər Qərb, istərsə də sovet rəhbərliyi razılıq verir. Birləşmədən bir neçə ay sonra 44 kilometrlik Berlin divarı sökülür. Onun yalnız 1,3 kilometrlik hissəsi gələcək nəsillərə xatirə olaraq saxlanılır. Uzun illər “Soyuq müharibə”nin simovlu olan Berlin divarı sökülməklə həm də müharibənin sonunu və sosializm sisteminin çöküşünü əks etdirdi.    



Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü