Modern.az

Azay Quliyevin deputatlığa namizədliyi qeydə alındı

Azay Quliyevin deputatlığa namizədliyi qeydə alındı

Parlament

27 Sentyabr 2010, 17:13

Parlament seçkilərində iştirak etmək üçün 46 saylı Şirvan seçki dairəsi üzrə namziədliyini müstəqil olaraq irəli sürmüş Milli Məclisin deputatı Azay Quliyev artıq imza vərəqələrini Dairə seçki Komissiyasına təhvil vermişdi.

Modern.az-ın məlumatına görə, Azay Quliyevin topladığı imzalar etibarlı sayılıb və DSK onun deputatlığa namizəd kimi təsdiqləyib.

A.Quliyevin seçki qərargahının rəhbəri Əli Mirzəyev şirvanlı seçicilərin öz deputatlarına böyük ruh yüksəkliyi və məmnuniyyətlə imza verdiklərini bildirib: ”Qeydiyyat üçün zəruri olan bu imzaları Şirvan şəhərinin ən müxtəlif küçə və məhəllələrindən topladıq. Döydüyümüz hər qapının arxasında deputat Azay Quliyevdən razılıq edən insanlarla qarşılaşdıq. Onlar Azay Quliyevin Şirvan və şirvanlılar üçün çox işlər gördüyünü dilə gətirirdilər. Əminik ki, namizədimiz keçən seçkilərdə olduğu kimi, bu seçkilərdə də böyük səs çoxluğu ilə öz rəqiblərinə qalib gələcək”.

Millət vəkili Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü