Modern.az

ABŞ digər ölkələri İrandan neft almamağa vadar edir

ABŞ digər ölkələri İrandan neft almamağa vadar edir

Aktual

7 Sentyabr 2018, 13:03

ABŞ-ın İrana qarşı sanksiyalarının qüvvəyə minməsinə bir neçə ay qalmış onu müştərilərindən məhrum etmək üçün digər ölkələrə təzyiqləri davam edir.

 

Modern.az ABŞ-KİV-nə istinadən xəbər verir ki, bu dəfə İranı Hindistan kimi nəhəng müştəridən tamami ilə məhrum etmək üçün Tramp administrasiyası bu ölkəni sanksiyalarla təhdid edib.

 

“ABŞ noyabra kimi Hindistan da daxil bütün ölkələrin İrandan neft idxalını sıfıra endirəcəklərini gözləyir. Biz bütün ölkələrə dediyimiz kimi hindlilərə də noyabrın 4-də İran nefti ilə bağlı sanksiyaların tətbiq ediləcəyini söyləyirik. Biz əsaslandırılmış imtinalara baxacayıq. Amma biz bütün ölkələrdən İran neftinin idxalını sıfıra endirəcəklərini gözləyirik əks halda sanksiya tətbiq ediləcək” – ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

 

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo və Pentaqon rəhbəri Ceyms Mettis Hindistanın paytaxtı Nyu Delidə hindli həmkarları ilə görüşüblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?