Modern.az

Putinlə  Zelenski telefonla müzakirə aparıb

Putinlə  Zelenski telefonla müzakirə aparıb

11 İyul 2019, 21:01

Rusiya prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında ilk dəfə telefon danışığı olub.

Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki,  bu barədə Kremlin sözcüsü Dmitri Peskov bildirib.

Dövlət rəsmisinin sözlərinə görə, təşəbbüs Ukrayna tərəfindən gəlib.

Peskov bildirib ki, dövlət başçıları Donbassdakı münaqişənin nizamlanması məsələlərini müzakirə ediblər.

Bundan başqa, danışıqların Normand formatında davam etdirilməsinin mümkünlüyü də müzakirə edilib.



Twitter
Sizə yeni tvit var
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?