Modern.az

Xırdalan, Göygöl, Abşeron, və Zərdabda qanunsuz heyvan kəsimlərinin qarşısı alındı

Xırdalan, Göygöl, Abşeron, və Zərdabda qanunsuz heyvan kəsimlərinin qarşısı alındı

18 İyul 2019, 14:49

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirləri Xırdalan şəhəri, Göygöl, Abşeron, və Zərdab rayonlarında həyata keçirilib.

 

AQTA-dan Modern.az-a verilən məlumata görə, reydlərdə Agentlik əməkdaşları ilə yanaşı, yerli İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

 

Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

 

Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyyə edilib.

 

AQTA qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?