Modern.az

Azərbaycanda ölüm hökmünün LƏĞVİ - 24 il

Azərbaycanda ölüm hökmünün LƏĞVİ - 24 il

Aktual

3 Fevral 2022, 16:37

Baş Prokurorluqda prokurorluğun veteranlarının iştirakı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü əsasında ölüm hökmünün ləğv edilməsinin 24-cü il dönümünə həsr edilmiş tədbir keçirilib.

 

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, insanpərvərlik dəyərlərinin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarına hörmət hər zaman Ümumilli lider Heydər Əliyevin dövlət siyasətinin qayəsini təşkil edib.


Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin siyasətinin başlıca əsaslarından biri kimi humanizm ənənələrinin təməli qoyulmuş, əfvetmə və amnistiya institutları təşəkkül tapmış, ölüm cəzasının tətbiqinə moratorium qoyulub.


Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilib. Bu məqsədə nail olmaq üçün dövlətimizdə ümumbəşəri dəyərlərə və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan qanunvericilik bazası yaradılıb.


Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirib. Bu tarixi bəyanatın zəruriliyini əsaslandırıb. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləyib və 1998-ci il fevralın 10-da bu tarixi qərarı qəbul edib. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür. Ulu öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirib.


Şərqdə ilk dəfə olaraq, ölüm cəzasının Azərbaycanda ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyini bir daha təsdiqləyib. Ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım olub.

 


Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi əhəmiyyətə malikdir. Vaxtaşırı əfv sərəncamlarının imzalanması ilə ölkəmizdə insan hüquq və azadlıqlarının dövlətin diqqət mərkəzində saxlandığı prioritet sahələrdən birinə çevrilib.

 


Cari ilin fevralın 3-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyi ilə birgə ölüm hökmünün ləğv edilməsinin 24-cü il dönümünə həsr edilmiş tədbir keçirilin.


Tədbirdə ictimai birliyin sədri Seyfulla Aslanov tərəfindən “Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzasının ləğvi Ümummilli lider Heydər Əliyev humanizminin təntənəsidir”, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis mavini Günay Əyyubova tərəfindən “Ölüm hökmünün ləğv edilməsi ilə bağlı beynəlxalq sənədlər və öhdəliklər”, Dövlət ittihamının müdafiəsi üzrə idarədə şöbənin böyük prokuroru Ayxan Hüseyinli tərəfindən “Humanizm prinsipi Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarının başlıca əsaslarından biri kimi” və digər mövzularda çıxışlar edilib, ətraflı müzakirələr aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir