Modern.az

Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

2 Sentyabr 2022, 20:43

Ukraynada gedən döyüşlərdə əslən azərbaycanlı olan hərbçi həlak olub.

 

Modern.az "Report"a istinadən bildirir ki, bu barədə Kirovoy Roq şəhəri azərbaycanlılar Konqresinin sədri Rəmzi Rzayev məlumat verib.

 

Bu, əslən Azərbaycanın Balakən rayonundan olan, Ukrayna vətəndaşı Əliyev Rüstəm Ramazan oğludur. O, Xerson istiqamətində Knyazovka rayonunda artilleriya atışmaları nəticəsində həlak olub.

 

R.Rzayev bildirib ki, daha bir azərbaycanlı da bundan əvvəl həlak olub. Konqres onların dəfni, ailələrinə dəstək məsələlərində yaxından iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?