Modern.az

Kirayə ev adı ilə tələbələri aldadan şəxs tutuldu - VİDEO

Kirayə ev adı ilə tələbələri aldadan şəxs tutuldu - VİDEO

Aktual

27 Sentyabr 2022, 20:52

Bakıda “kirayə ev” adı altında vətəndaşları, əsasən də tələbələri aldadan şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov məsuliyyətə cəlb edilib. O ilkin ifadəsində hər gün 3 şəxsə, əsasən tələbələrə qarşı dələduzluq etdiyini etiraf edib.

 

Araşdırmalar davam etdirilir.

 

"Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər", - rəsmi məlumatda deyilir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?