Modern.az

Deputat parlamentdə şəhidlərlə bağlı məsələ qaldırdı

Deputat parlamentdə şəhidlərlə bağlı məsələ qaldırdı

Aktual

30 Sentyabr 2022, 12:02

“Nazirlər Kabinetinin müvafiq qərarından sonra şəhid adlarının küçələrə verilməsi ilə bağlı çətinliklər yaranıb”.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında deputat Razi Nurullayev deyib.

 

O qeyd edib ki, şəhid ailələri onların adını yaşatmaq üçün adlarının küçələrə verilməsini istəyirlər:

 

“Amma bu mümkün olmur. Sənədlərə əsasən yalnız ordenlə təltif edilən şəhidlərin adları əbədiləşdirilir. Bununla əlaqədar sənədlərdə dəyişikliklər edilməsini təklif edirəm. Hesab edirəm ki, icra hakimiyyətləri bununla əlaqədar özləri qərar verməlidirlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda hoteldə faciə - İKİ NƏFƏR ÖL*Ü