Modern.az

Mişel Praqa görüşünü belə DƏYƏRLƏNDİRDİ

Mişel Praqa görüşünü belə DƏYƏRLƏNDİRDİ

7 Oktyabr 2022, 11:18

Ötən gün liderlər Avropa İttifaqının dəstəkləməyə hazır olduğu dayanıqlı deeskalasiya və canlandırıcı sülh səylərini müzakirə ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib. 

 

"Prinsipcə, Avropa İttifaqının missiyası üçün razılıq əldə edilib. Bu, inamın yaradılmasına kömək edəcək və oktyabrın sonunadək Brüsseldə görüşəcək sərhəd komissiyalarının işini dəstəkləyəcək", - Mişel vurğulayıb.

 

Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü