Modern.az

Hacı Şahin dəfn olundu - VİDEO (YENİLƏNİB)

Hacı Şahin dəfn olundu - VİDEO (YENİLƏNİB)

Aktual

2 Mart 2023, 15:46

İlahiyyatçı Hacı Şahin Həsənli son mənzilə yola salınıb.

 

Modern.az xəbər verir ki, din xadimi “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

 

Dəfn mərasimində mərhumun yaxınları, ictimaiyyət nümayəndələri və tanınmış şəxslər iştirak ediblər.

 

 

***

Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli ilə vida mərasimi başa çatıb.

 

Modern.az xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün Məşədi Dadaş məscidindən götürülüb. 

 

Ş.Həsənli saat 16:00-da “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

 

Qeyd edək ki, bu gün səhər saatlarında tanınmış din xadimi Hacı Şahin Həsənli dünyasını dəyişib. 48 yaşlı ilahiyyatçı ürəktutmasından həyatını itirib. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü