Modern.az

Qatar qəzasında ölənlərin sayı artdı, ölkəni etirazlar bürüdü

Qatar qəzasında ölənlərin sayı artdı, ölkəni etirazlar bürüdü

Aktual

2 Mart 2023, 18:21

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 46-ya çatıb, daha 57 nəfər isə yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın dövlət televiziyası məlumat yayıb.

 

Bildirilib ki, yaralılardan 6 nəfərin vəziyyəti ağırdır. Məlumata görə, qəza zamanı baş vermiş yanğın səbəbindən oradan çıxarılan cəsədlər tanınmaz hala düşüb.

 

Qeyd edək ki, qəzadan sonra paytaxt Afinada etirazlar başlayıb, nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edib.

 

Yunanıstan hökuməti ölkə tarixində ən dəhşətli qatar qəzasından sonra üçgünlük matəm elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi