Modern.az

Peyvənd statistikası açıqlandı

Peyvənd statistikası açıqlandı

Aktual

2 Mart 2023, 18:38

Azərbaycanda son sutkada 376 nəfər peyvənd olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Gün ərzində birinci doza vaksinlərin sayı 118, ikinci doza vaksinlərin sayı 101 təşkil edib.

 

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 134-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 23 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 949 573 olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi