Modern.az

Ermənistandakı missiya ilə bağlı saziş imzalanacaq 

Ermənistandakı missiya ilə bağlı saziş imzalanacaq 

Aktual

2 Mart 2023, 19:28

Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının fəaliyyətini tənzimləyən saziş imzalanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı məlumat verib.

 

"Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma bizim razılaşmamız var ki, onun fəaliyyətini tənzimləyən saziş gələcəkdə müzakirə olunmalı və imzalanmalıdır", - Paşinyan bildirib.

 

Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi