Modern.az

Bakı sammiti yekunlaşdı, sənəd qəbul edildi

Bakı sammiti yekunlaşdı, sənəd qəbul edildi

Aktual

2 Mart 2023, 21:20

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammiti çərçivəsində tədbirin yekunlarına dair sənəd qəbul edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sammitin bağlanış mərasimində bildirib.

 

C.Bayramov iştirakçılara uğurlu fikir və ideya mübadiləsinə görə təşəkkür edib.

 

“Bu sammit əməkdaşlıq və həmrəylik nümunəsinə çevrildi”, - deyən nazir əlavə edib ki, təşkilat ölkələri COVID-19-dan sonrakı bərpa üçün yeni təkliflər irəli sürməyə davam etməlidir.

 

Onun sözlərinə görə, Azərbaycanın təşkilatda sədrlik müddəti bu il başa çatsa da, ölkənin Qoşulmama Hərəkatına yardımı və onunla əməkdaşlığı fəal şəkildə davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək