Modern.az

Saatlıdakı insidentdə 15 yaşlı oğlan xəsarət alıb

Saatlıdakı insidentdə 15 yaşlı oğlan xəsarət alıb

Aktual

18 Mart 2023, 12:58

Martın 13-də Saatlı rayonunda bir qrup şəxsin magistral yolu bağlamaq cəhdinin qarşısı alınarkən 15 yaşlı yeniyetmə xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib ki, hadisə zamanı bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdiriblər:

 

“Bundan sonra polis əvvəlcədən xəbərdarlıq etməklə xüsusi vasitələr tətbiq edərək onların cəhdinin qarşısını alıb. Bu zaman polisə müqavimət göstərənlərin arasında olan 15 yaşlı gənc xəsarət alıb. Onun xəsarət almasında məsuliyyəti məhz onu qanunsuz aksiyaya cəlb edən şəxs daşıyır”.

 

“Odur ki, araşdırma zamanı gənci qanunsuz aksiyaya cəlb edən şəxs barəsində də qanunamüvafiq tədbir görüləcəkdir”, - DİN rəsmisi vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü