Ali Baş Komandan Talış əməliyyatından DANIŞDI 

Ali Baş Komandan Talış əməliyyatından DANIŞDI 

Aktual

18 Mart 2023, 15:40

“İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra biz qan tökərək Talış kəndini, Suqovuşan qəsəbəsini azad etdik. O hərbi əməliyyatın çox böyük əhəmiyyəti var idi”.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.

 

Dövlət başçısı vurğulayıb ki, bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu yüksəldirdi: “Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Azərbaycanla sərhədə qoşun yığdı