Modern.az

Abşeronda Novruz şənliyi keçirildi - FOTO

Abşeronda Novruz şənliyi keçirildi - FOTO

18 Mart 2023, 17:35

Bu gün Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar ümumrayon bayram şənliyi keçirilib. İlk öncə bayram ərəfəsində Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları tərəfindən Abşeronda yaşayan şəhid ailələrinə və qazilərə baş çəkilib,  onlar xalqımızın qədim bayramı olan Novruz bayramı münasibətilə təbrik edilib. O cümlədən, şəhid məzarları və Şəhid Xatirə Kompleksləri ziyarət olunub, ruhlarına dualar oxunub. 

Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində Heydər Əliyev Parkında keçirilən Novruz bayramı tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon içtimaiyyəti iştirak edib.





“Yanardağ” Dövlət-Tarix Mədəniyyət və Təbiət Qoruğundan gətirilən alovla şəhid övladları və qazilər bayram tonqalını qalayıblar. Parkın hər guşəsi bayram atributları ilə bəzədilib, məktəb və bağça kollektivləri öz sərgiləri ilə qonaqları sevindiriblər. Bayram şənliyində Dədə Qorqud və Bahar Qız yazın gəlişini müjdə verib və park ərazisində bayram gəzintisinə başlanılıb. Burada milli geyimli iştirakçılar tərəfindən nümayiş olunan xalq oyunları, rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi və yarmarka iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.



Gəzintidən sonra incəsənət xadimləri tərəfindən konsert proqramı təqdim edilib və teatr tamaşaları göstərilib.

Onu da qeyd edək ki, Novruz bayramının gəlişi ilə əlaqədar rayon ərazisində hər həftə həyata keçirilən iməclik tədbirləri bu həftə sonu da davam etdirilib, yaşıllıq sahələrində mövsümi işlər görülüb, park və bağlarda ağaclara aqroqulluq göstərilib


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir