Modern.az

Zəlzələdə dağılan binaları tikən 317 nəfər həbs olunub

Zəlzələdə dağılan binaları tikən 317 nəfər həbs olunub

Aktual

25 Mart 2023, 14:38

Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində dağılan binaların tikintisində qanunsuzluğa yol verməkdə şübhəli bilinərək həbs olunanların sayı 317 nəfərə çatıb.

 

Modern.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama