İyunun 6-da Ermənistan ordusunun sərhəddə və Qarabağda təxribatlar törətməsi, Milli Məclisin növbədənkənar iclası, Ukraynada su anbarının partladılması, Türkiyənin yeni hökumətinin 4 saat davam edən toplantısı və digər mövzular gündəmdə olub.
Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:
İyunun 5-i saat 22:50-dən iyunun 6-sı saat 04:40-dək Ermənistan hərbçiləri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Xocavənd, Füzuli və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib və 14 məsələ müzakirə edilib. Toplantıda maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər hökumət üzvləri iştirak edib. Samir Şərifov deyib ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5 milyon manat (9.8 faiz) çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 52.5 faizi neft sektorunun, 47.5 faizi qeyri-neft sektorunun payına düşür. Yeni büdcənin xərcləri isə 36 milyard 568 milyon manat proqnozlaşdırılır. O bildirib ki, Qarabağ üçün ayrılan vəsaitin 60 faizi istifadə olunub.
İclas zamanı deputat Fazil Mustafa dərman qiymətlərini gündəmə gətirib. O vurğulayıb ki, hazırda qiymətlər həddindən artıq yüksəkdir. Amma bunun qarşısının alınması üçün heç bir addım atılmır. Siyavuş Novruzov isə hərbçiləri şirin vədlərə aldanmamağa çağırıb. "Ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur. O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə də müraciətlər olur. Belə ki, onlara müxtəlif formada vədlər verilir. Əmək haqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı kəskin şəkildə alınmalıdır. Bir çox vətəndaşımızı şirnikləndirmə yolu ilə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər. 988 nəfər azərbaycanlı orada iştirak edib və sonradan hamısı ölkədə müxtəlif cinayətlər törədib. Odur ki, buna yol verməməliyik və bunu qanunla tənzimləməliyik”,- deyə deputat bildirib. Sabir Rüstəmxanlı isə qeyd edib ki, müdafiə məsələsi təkcə ordunun güclənməsi deyil. Müdafiənin iki başı var, ölkənin içi də güclənməlidir.
Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Elm və Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin sertifikatlaşdırılması və işə qəbulu üzrə müsabiqə mövzusunda keçirilən mətbuat konfransında deyib ki, əvvəlki imtahanlarda testdən keçib müsahibədən kəsilənlər növbəti mərhələdə yalnız müsahibə mərhələsindən keçəcəklər. Onun sözlərinə görə, Azərbaycanda 2800 müəllim imtahandan keçməyib.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Asim Nazim oğlu Mollazadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Ukrayna ordusu ölkənin cənubunda yerləşən "Kaxovka" su anbarının Rusiya qüvvələri tərəfindən partladıldığını açıqlayıb. Teleqram kanallarında su anbarının dağıldığını göstərən videolar yayılıb. Yerli media yazır ki, dağıntılar aradan qaldırılmasa, Xerson vilayətinin böyük hissəsi su altında qala bilər. Ukrayna hakimiyyət orqanları ətraf ərazilərdə yaşayan əhalinin təxliyəsinə başlayıb. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Nova Kaxovka Su Elektrik Stansiyasını bombalaması ilə əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçirilib. İclas 4 saat 10 dəqiqə davam edib. Ərdoğan iclasdan sonra ictimaiyyətə müraciət edib. Ərdoğan deyib ki, seçkilərdən əvvəl gündəmə gətirilən konstitusiya dəyişiklikləri üzərində iş gedir. "Seçkilər öncəsi gündəmə gətirdiyimiz konstitusiya dəyişikliyi təklifimizi yenidən parlamentə təqdim edəcəyik", - o bildirib. Türkiyə lideri ölkənin bütün siyasi qüvvələrini yeni konstitusiya layihəsinin hazırlanmasında iştirak etməyə çağırıb.
Türkiyədə müxalif İYİ Partiyanın 27-ci çağırış parlament üzrə deputatı və sədr Meral Akşenerin baş müşaviri Aytun Çıray partiya üzvlüyündən istefa verib.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib. O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, baş nazir Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb və Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, son üç gün ərzində Ukrayna silahlı qüvvələri əks-hücum əməliyyatı keçirməyə çalışır. O, hücumun dəf edilməsi zamanı 71 rus hərbçisinin öldüyünü, 210 hərbçinin isə yaralandığını açıqlayıb.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:
Hansı ölkələr Zəngəzur dəhlizinin açılmasını İSTƏMİR?
ABŞ-dan Bakı və İrəvana: Dialoq sülhün açarıdır
Qırğızıstanda dövlət çevrilişinə cəhd: 30-dan çox şübhəli saxlanıldı
Rusiyaya işləyən amerikalı casus həbsxanada ölü tapıldı
İcra başçısının sabiq müavini HƏBS EDİLDİ
Seçicilərin yanında gözükölgəli qalırıq - Tahir Kərimli
Kalının yeni vəzifəsi: MİT-i Azərbaycanda mühüm vəzifələr gözləyir
Rasim Məmmədovun cəzası azaldıldı
İranın yeni hipersəs raketi - “Fəttah” təqdim edildi
Rus əsgərləri qorxudan ağacda gizlənir: Bizə yardım edin!
İntihar etmək istəyən jurnalist polisə çağırıldı
Zəlzələ proqnozu vermək mümkün deyil - Qurban Yetirmişli
“Tesla”nın Azərbaycanda filialı açılmalıdır - Deputat
Deputatdan moped və skuterlərlə bağlı TƏKLİF
Yayın ən böyük təhlükəsi - Həkimlər həyəcan təbili çalır
27 ildir həll olunmayan torpaq problemi - Komitə sədri də narazıdır
Rusiyada vətəndaş müharibəsi gedir - 100 ildən sonra...
Deputat etiraz etdi, ekspert təriflədi - Təhsillə bağlı qərara fərqli reaksiyalar
O meyxanaçılara nifrət edirəm - Ağamirzədən sərt sözlər
Qəbulda ən yüksək balı onlar TOPLADI - ADLAR
Kılıçdaroğlu istefa verəcəkmi? - CHP-dən cavab
Bizim üçün gözlənilməz oldu - Yüksək bal toplayanlar Modern.az-a DANIŞIR
“Koroğlu” körpüsündə intihara cəhd - YENİLƏNİB (VİDEO)
Daha bir erməni təxribatı - Ordumuz hərəkətə keçdi
Ermənistanla 3 istiqamətdə fikir ayrılığı var - Ceyhun Bayramov
2028-ci ildə yenidən namizəd olacağam - Sinan Oğan