Modern.az

Komandanlar Bakıdan sonra İrəvanda toplaşacaq

Komandanlar Bakıdan sonra İrəvanda toplaşacaq

Aktual

8 İyun 2023, 15:52

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası Ermənistanda keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov Şuranın Bakıda keçirilən 86-cı iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, növbəti iclas 2023-cü ilin ikinci yarısında, təxminən oktyabrda İrəvanda keçiriləcək. "Bu tədbirə hazırlıq artıq başlayıb” - general deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!