Modern.az

AFFA rəsmisi Avropa çempionatına təyinat aldı

AFFA rəsmisi Avropa çempionatına təyinat aldı

24 May 2024, 14:40

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

 

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 3-cü qrupunun Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, mayın 31-də Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri