Modern.az

Deputat Pakistan səfərinin əhəmiyyətindən YAZDI

Deputat Pakistan səfərinin əhəmiyyətindən YAZDI

Aktual

3 İyun 2021, 12:58

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistanda səfərdə olan nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili məlumat verib.

 

O qeyd edib ki, konfrans İƏT-ə üzv ölkələr arasında inteqrasiya proseslərinə daha çox dinamizm verilməsinin zəruriliyinə dair ortaq mövqeyini müəyyənləşdirmək baxımından çox əhəmiyyətli olub:

 

“İki gün ərzində davamlı inkişafın məqsədləri, ticarət və qarşılıqlı əlaqələr, turizm sahəsində əməkdaşlıq, yoxsulluğun azaldılması, siyasətdə qadınlar, iqlim dəyişiklikləri, COVID-19 qlobal pandemiyasına qarşı mübarizədə birgə səylərin gücləndirilməsi, eləcə də hamımızı maraqlandıran müxtəlif mövzularda dərin və əhatəli müzakirələr aparıldı.

 

Və sonda İkinci Ümumi Konfransın yekunlarına dair İslamabad Bəyannaməsi imzalandı”.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi